"Pley-off oyunlarında asan matç olmur. Xüsusilə də, bu səviyyədə. Burada bizim fəaliyyətimiz və rəqibin nə dərəcədə effektli olması əsas rol oynayacaq. Təbii ki, uğur müəyyən mənada bəxtdən də asılı olacaq".
Qol.Az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiou Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis komandasını sabah çətin oyun gözlədiyini bildirib: "Superliqanın ilk turunda qazandığımız qələbədən sonra yüksək əhval ruhiyyədəyik. "Qəbələ" ilə görüşdə də qalib gəlmək istəyirik. Çünki yalnız qələbə sayəsində qrup mərhələsinə vəsiqə qazanacağıq.
"Qəbələ"ni asan məğlub edəcəyimizi söyləyənləri anlamıram. Artıq Avropada asanlıqla 3-4 qol vura biləcəyimiz komanda yoxdur. Bizi çətin oyun gözləyir. Bilirik ki, məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Futbolçularım hər zaman qələbə üçün oynayır. Bakıda qol vura bilmədik. Ancaq çempionat matçında iki qol vurmağı bacardıq. Sabah da bunu təkrarlamağa çalışacağıq".
Qeyd edək ki, sabah keçiriləcək "Panatinaikos" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov