"Başqa yolumuz yoxdur" - "Yanq Boyz"un baş məşqçisi

"Başqa yolumuz yoxdur" - "Yanq Boyz"un baş məşqçisi
GÜNDƏM 26 Avqust 2015 / 18:11 10193
-  A +

"İlk oyunda uduzmuşuq. Buna görə də bizim üçün çox çətin olacaq. Ancaq Bakıda “Qarabağ”a qalib gəlmək asan deyil. Bununla belə, başqa yolumuz yoxdur".

Qol.Az-ın məlumatına görə, bu sözləri “Yanq Boyz”un baş məşqçisi Harald Qamperle Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab matçı öncəsi keçirilən mətbuat konfransında deyib.
 
- Stadionun ot örtüyü pis vəziyyətdədir. Yəqin ki, bunu əvvəlcədən bilirdiniz. Bu gün orda məşq etməsəniz olmadı?

- Bizim başqa yolumuz yoxdur. Sabah bu meydançada oynayacağıq. Ona görə də məhz bu meydançada məşq etməliyik. Ot örtüyünün pis vəziyyətdə olmasına mən cavabdeh deyiləm.

- “Qarabağ” son dörd avrokubok oyununda Bakıda heç-heçə edib. Hansı ki, rəqiblər böyük klublar olub. Bu amil sizi narahat etmir ki?

- Bizim “Qarabağ” haqda geniş məlumatımız var. Qeyd etdiyiniz amil olmasa belə, bilirik ki, rəqibimiz kifayət qədər güclüdür.

- Üzünüzdəki cizgilərdən çox qəmgin görünürsünüz.

- Bunun elə də əhəmiyyəti yoxdur. Sabahkı oyundan sonra gülərüz olmağa çalışacam.

- Komandanızın bu mövsümkü nəticələri o qədər də qənaətbəxş deyil.

- Bunun müxtəlif səbəbləri var. Zədəlilərimiz də çox oldu. Buna baxmayaraq, qələbələrimiz də var.

- “Qarabağ”ın ermənilər tərəfindən işğal olunmuş Ağdam şəhərini təmsil etdiyini bilirsiniz?

-Bəli, bununla bağlı məlumatımız var. Bilirik ki, “Qarabağ” ev oyunlarını  məcburiyyətdən öz doğma yurdundan uzaqda – Bakıda keçirir.

- Bundan əvvəlki mövsümlərdə “Qarabağ”la qarşılaşmış “Ayntraxt” və “Zalsburq” Reynaldoya rəsmi təklif göndərdi. Sizin də belə fikriniz var?

- Reynaldo çox yaxşı oyunçudur. Amma biz öz futbolçularımızdan razıyıq.

Daha çox


Son xəbərlər
09.08.25  20:57

"Milan"dan "Nyukasl"a

09.08.25  11:55

"Real"dan getdi