Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə keçirilən "Apollon" - "Qəbələ" matçında (1:1) yaşanan olaylar aktuallığını qoruyur.
Qol.Az-ın məlumatına görə, həmin matçın son dəqiqələrində baş hakim Sergey Boykonun meydan sahiblərinin qapısına penalti təyin etməsindən sonra ara qarışmışdı.
Referinin qərarı ilə razılaşmaq istəməyən "Apollon"lu futbolçuların etirazları nəticəsiz qalır. Təyin olunan penaltini dəqiq yerinə yetirən "Qəbələ"nin kapitanı Cavid Hüseynovun qoldan sonra bayrağımızın təhqir olunmasına ədəbsiz jest etməklə cavab verməsi gərginliyi daha da artırmışdı.
Kiprlilər baş verənlər qalmaqalda matçın ukraynalı baş hakimi Sergey Boykonu günahlandırıblar. Onlar S.Boykonun "Qəbələ"dəki həmyerlisi Roman Qriqorçukun komandasının lehinə qərarlar verdiyini iddia edirlər.
Maraqlıdır ki, "Qəbələ"nin cavab görüşünə isə "Apollon"un baş məşqçisi Pedro Emanuelin həmyerliləri təyin edilib. Avqustun 6-da keçiriləcək "Qəbələ" - "Apollon" görüşünü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Duarte Qomeş olacaq. Ona həmyerliləri Luiş Kampoş və Venansio Tome köməklik edəcək. Bakıdakı görüşdə Duarte Qomeşin həmyerlisi Pedro Emanuelin komandasının ("Apollon") lehinə qərarlar qəbul edib-etməyəcəyi maraq doğurur.
Qeyd edək ki, UEFA-nın bu təyinatını təsadüf adlandırmaq olar. Çünki "Qəbələ"nin cavab görüşünün hakimləri Kiprdə baş tutan ilk oyundan öncə müəyyənləşmişdi.
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?
Aşağı liqaya düşən klub baş məşqçisini göndərir
Yeni klubu Toralı belə təqdim etdi - Video
Toral Bayramov Türkiyə klubuna keçdi - Rəsmi
“Dünya çempionu olmaqla rəqiblərimizi qıcıqlandırmışıq”