"Rəvan"ın yeni məşqçilər korpusu müəyyənləşdi

"Rəvan"ın yeni məşqçilər korpusu müəyyənləşdi
GÜNDƏM 22 İyul 2015 / 13:40 4314
-  A +

"Rəvan”ın baş məşqçisi Ramil Əliyevlə yolları ayırıb. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda millimizin sabiq futbolçusu Emin Quliyevə həvalə olunub.

Artıq E.Quliyevin köməkçiləri də bəllidir. Ona Rövşən Babayevlə Rauf Mehdiyev yardım edəcəklər.

Yeni məşqçilər korpusunun hər bir üzvü ilə 1 illik müqavilə bağlanılıb.

Xatırladaq ki, ötən mövsüm I divizionda mübarizə aparan “Rəvan” yeni mövsümdən Premyer Liqada iştirak edəcək.

Daha çox


Son xəbərlər
23.07.25  14:39

Ferqyuson "Roma"da

23.07.25  10:17

"Sumqayıt"da ayrılıq