"Xəzər Lənkəran" "Kayserispor"la qarşılaşacaq

"Xəzər Lənkəran" "Kayserispor"la qarşılaşacaq
ÖLKƏ FUTBOLU 18 İyul 2015 / 11:08 3855
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın daha bir rəqibi müəyyənləşib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə,  komanda Türkiyə superliqa təmsilçisi "Kayserispor"la qarşılaşacaq. İyulun 21-də keçiriləcək matçın başlama saatı hələ müəyyənləşməyib.

Qeyd edək ki, "Xəzər Lənkəran" bundan əvvəl yoxlama oyununda "Kasımpaşa"ya 0:2 hesabı ilə uduzub, "Niğdespor"a qalib (1:0) gəlib.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

topaz banner