"Tiflis "Dinamo"sundan güclü oynadığımıza görə növbəti mərhələyə vəsiqəni biz qazandıq. Artıq bu qələbə tarixdə qalıb və bütün diqqətimizi II təsnifat mərhələsi oyunlarına, növbəti rəqibə yönəltmişik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ İK”a müsahibəsinə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Matçdan sonra yetirmələrinə 2 günlük istirahət verən Qriqorçuk “Çukariçki” klubu ilə oyuna hazırlıqdan da danışıb: "Uzun müddətdir fasiləsiz işləyirdik. Ağır çalışmalar və çətin oyunlardan sonra futbolçularımıza dincəlmək lazım idi. Onlar bunu etdilər və iyulun 12-də axşam saatlarında bir araya gəldik. Adi qaydada hazırlığımızı davam etdiririk. Komanda yenidən yığışandan sonra əsas məsələ son oyunu təhlil edib, növbəti rəqiblə tanış olmaq idi. Növbəti mərhələdə qarşılaşacağımız Serbiya komandası haqqında yetərincə məlumat toplamışıq. ”Çukariçki” çox ciddi rəqibdir. Bu komanda, demək olar, ikinci mövsümdür eyni heyətlə oynayır”.
Ukraynalı çalışdırıcı “Çukariçki”ni Tiflis “Dinamo”su ilə müqayisə etməyi məqsədəuyğun saymayıb. O, növbəti rəqibin oyun üslubunu belə xarakterizə edib: “Çukariçki” atletik futbola üstünlük verir. Meydanda mübariz oyun nümayiş etdirir, güclü pressinq etmək bacarığına malikdir. Özü də ağıllı oyun göstərir. “Çukariçki” çox təşkilatlanmış komandadır, oyun nizam-intizamı ilə seçilir. Rəqibin heyətində çoxlu yüksək səviyyəli futbolçular var ki, onlar yaxşı oynaya, verilən tapşırıqları meydanda yerinə yetirə bilirlər”.
Qriqorçuk I təsnifat mərhələsində ilk oyunu, vəziyyətə uyğun olaraq, öz meydanında keçirməyin daha yaxşı olduğunu açıqlamışdı. Birinci matçı yenə səfərdə keçirəcəyibdən, Qriqorçukun məkanla bağlı fikri maraqlı idi: “Birinci təsnifat mərhələsi ərəfəsində bizdə vəziyyət bir qədər fərqli idi. Heyət, demək olar, yeni yığılmışdı və necə oynayacağımızı özümüz də bilmirdik. Həmin vaxt Tiflis “Dinamo”suyla ilk matçı evdə oynamaq bizə daha asan olardı. Amma artıq 2 matç keçirmişik, daha güclü olmuşuq. Artıq öz imkanlarımızı bilirik və özümüzə inamımız çoxdur. Bu üzdən “Çukariçki” ilə ilk oyunu harada keçirməyimizdə, ümumiyyətlə, heç bir fərq görmürəm”.
Baş məşqçinin fikrincə, nəinki Serbiya komandası, ümumiyyətlə, bu mərhələyə yüksələn istənilən komandayla sınaqdan üzüağ çıxmaq üçün ilk növbədə çox yaxşı oynamaq lazımdır: "Bu, əsas şərtdir. Hazırda bizə çox vacib olan, görmək istədiyimiz futbolu imkan daxilində tez oynamaqdır. İstədiyimiz oyun üslubunu meydanda göstərməliyik. Hələ ki, ideal futboldan uzağıq. Buna görə çox iş görməli, intensiv çalışmalıyıq. Əvvəlki mərhələylə müqayisədə növbəti mərhələdəki oyunlara daha yaxşı vəziyyətdə çıxmalıyıq”.
Qeyd edək ki, Qriqorçuk məşqçilik karyerasında serblərlə üz-üzə gəlib və görüş onun üçün uğurla yekunlaşıb. Belə ki, o, “Qəbələ”dən öncə vətənində çalışdırdığı “Çernomorets”lə 2013/14 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində Belqradın “Srvena Zvezda” klubuna rəqib olub. Odessada 3:1 hesabı ilə qalib gələn Qriqorçukun komandası Belqradda qolsuz bərabərliyə qalıb və pley-off mərhələsinə vəsiqə qazanıb. Baş məşqçi “Çukariçki”ni Serbiya futbolunun titullu komandasından zəif saymır: “Deməzdim ki, “Çukariçki” “sirli qutu”dur. Bu komanda son 2 mövsümdə uğurlu çıxış edir, bürünc mükafatçı, ölkə kubokunun qalibi olub. “Çukariçki”nin həmin “Srvena Zvezda” üzərində qələbə qazanmaq ənənəsi var”.
Qriqorçuk daha bir futbolçunun transferinin gündəmdə qaldığını söyləyib: “Biz başa düşürük ki, heyətimizin gücləndirilməsi vacibdir. Bu istiqamətdə ilk addımı atmışıq. Onu da yaxşı anlayırıq ki, seleksiya çox ciddi işdir. Tələsməyə, risk etməyə haqqımız yoxdur. Buna görə də transfer məsələsinə diqqətlə yanaşmalı, hər şeyi ölçüb-biçməliyik. Komandaya elə futbolçular götürməliyik ki, gümanları tam doğrultsunlar”.
Mehman SÜLEYMANOV
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı