"Mladost" - "Neftçi" oyunu canlı yayımlanacaq

"Mladost" - "Neftçi" oyunu canlı yayımlanacaq
XƏBƏR 8 İyul 2015 / 21:30 6390
-  A +

Avropa Liqasının birinci təsnifat mərhələsində sabah keçiriləcək "Mladost" - "Neftçi" cavab matçı canlı yayımlanacaq.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Neftçi” ilə Monteneqro televiziyası arasında gedən danışıqlar müsbət nəticələnib.

Azarkeşlərin oyuna olan marağını nəzərə alan Bakı təmsilçisi yayım hüquqlarını əldə edib. Artıq “İdman Azərbaycan” telekanalı bu matç üçün proqramda vaxt ayırıb. “Mladost” – “Neftçi” matçı Bakı vaxtı ilə sabah saat 23:30-dan etibarən bu kanal vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner