Avropa Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Tiflis, Gürcüstan) ilə cavab oyununa hazırlaşan “Qəbələ” məşqlərini davam etdirir.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iyulun 2-də Gürcüstanda keçirilən ilk qarşılaşmadan sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” ayın 5-dən hazırlıqlarını bərpa edib. Qəbələ şəhər stadionunda gündə bir dəfə məşq keçən komanda əvəzedici heyətlə yoxlama oyununda da gücünü sınayıb.
Roman Qriqorçukun komandası sabah oyunöncəsi son məşqinə çıxacaq.
Cavab qarşılaşmasından bir gün əvvəl “Dinamo” da Qəbələ şəhər stadionunda hazırlıq keçəcək.
Qeyd edək ki, "Qəbələ" - "Dinamo" matçı iyulun 9-u saat 21:00-da başlayacaq.
Niderland da 100-ü keçdi
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır