"Anji"nin baş məşqçisi Yuri Syomin sabiq komandası "Mordoviya"dan Lorenso Ebesilionu transfer edib.
Qol.Az-ın klubun rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, hollandiyalı futbolçu Mahaçqala təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Transferi ilə bağlı danışan "Qəbələ"nin sabiq futbolçusu bunları deyib: "Daha öncə "Anji" haqda eşitmişdim. Bu komandada məndən əvvəl böyük futbolçular çıxış edib. "Anji"də olduğum üçün şadam. Tezliklə mövsüm başlayacaq. Ancaq mən "Anji"də ilk rəsmi matçıma çıxmaq üçün səbirsizlənirəm. Qarşıdakı 10 gün ərzində optimal forma yığmaq üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, Ebesilio 2013/2014 mövsümündə Syominin rəhbərliyi altında "Qəbələ"də çıxış edib.
Niderland da 100-ü keçdi
“Zirə”dən yeni transfer
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır