“Dinamo” ilə Azərbaycanın “Qəbələ” komandasının görüşü zamanı baş verən insidentdən təəssüflənirəm. Azarkeşlərin stadionda asdığı baner onların tariximizi bilməməsindən irəli gəlir. Düşünürəm ki, iyulun 9-da “Qəbələ” azarkeşləri bizi gülərüzlə qarşılayacaq və hər hansı insident baş verməyəcək”.
Qol.Az-ın APA-ya istinadən yaydığı məlumata görə, bu sözləri “Dinamo” (Tbilisi) klubunun mətbuat xidmətinin rəhbəri Georgi Pirtsxeliani deyib.
O xatırladıb ki, ötən il Gürcüstanın “Çixura” komandasının Türkiyənin “Bursaspor” və Bakının “Neftçi” komandaları ilə oyunu zamanı da bənzər hadisələr baş vermişdi: “Hadisə ilə bağlı “Dinamo”nun rəhbərliyi bəyanat verib və bu hadisəni pisləyib. Hazırda Gürcüstan Daxili İşlər Nazirliyi ciddi araşdırma aparır. Nazirliyin bu barədə bəyanatı da gözlənilir”.
Gürcüstan Futbol Federasiyasının mətbuat xidmətinin nümayəndəsi Eka Eloşvili isə hadisə barədə bir söz deyə bilməyəcəyini söyləyib: “Biz rəsmi məktub gözlədik, məhz buna görə sizə insidentlə bağlı açıqlama verə bilməyəcəyik. Bizə heç kim müraciət etməyib. Hadisədən xəbərdaram, mətbuatda gedən bütün xəbərləri izləmişəm. Yenə qeyd edirəm ki, biz rəsmi olaraq heç bir müraciət almamışıq və insidenti də təsdiq edə bilmərik. Mənim bildiklərin qeyri-rəsmi məlumatlardır”.
E. Eloşvili Gürcüstan baş nazirinin bu mövzuda bəyanatına da münasibət bildirib: “Bu, baş nazirin öz işidir”.
Gürcüstan Gənclər və İdman Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Dimitri Qvaratsxeliya isə azərbaycanlı jurnalistlərlə söhbət zamanı nazirin işdə olmadığını və açıqlama verməyəcəyini deyib: “Bu insidentlə bağlı suallara Gürcüstan Futbol Federasiyası cavab verməlidir. Çünki onların vəzifəsi stadionda bütün təşkilatçılıq və təhlükəsizlik işlərini görməkdir. Mən baş verən insidentə təəssüfləndiyimi bildirirəm”.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində