"Burda ən çox nizam-intizamı bəyəndim” - Viktor İqbekoyi

"Burda ən çox nizam-intizamı bəyəndim” - Viktor İqbekoyi
XƏBƏR 4 İyul 2015 / 00:35 5521
-  A +

“Yeni komanda, yeni kollektiv. Burda ən çox nizam-intizamı bəyəndim. AZAL-dan tanıdığım futbolçular var burda. Ancaq digərləri də məni yaxşı qarşıladı”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Zirə”nin yeni transferi Viktor İqbekoyi klubun rəsmi saytına açıqlamasında deyib.

Hələ ki, komandanın yeganə legioneri olan nigeriyalı yarımmüdafiəçi  yeni klubu haqda nikbin danışıb: “Biz artıq indidən bir komanda kimiyik. Bu ən vacib amillərdən biridir. Odur ki, nikbinəm və fikirlərim də müsbətdir. Bütün hallarda oyun üslübu və futbolçuların bir-birinə uyğunlaşması üçün müəyyən vaxta ehtiyacımız var. Premyer liqada bizi güclü rəqiblər gözləyir. Çətin olacağını bilirik, amma azarkeşlərimizi sevindirmək üçün bacardığımızı əsirgəməyəcəyik”.

Son xəbərlər