"Görüləcək iş çoxdur" – Adil Şükürov
"Komandamız yeni formalaşır və ilk məşqlərdən ümumi dözümlülük üzərində işləyirik. Hələ ki, görüləcək işlərimiz çoxdur. Məqsədimiz güclü kollektiv formalaşdırmaqdır".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov klubun rəsmi saytına açıqlamasında deyib.
A.Şükürov təlim-məşq toplanışı üçün Türkiyəyə gedəcək komandanın qardaş ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırdığını bildirib: "İndi yalnız bir legionerimiz var, lakin daha 5-6-nı cəlb etməyi düşünürük. Hazırda bir çox futbolçunu nəzərdən keçiririk.
Hazırlığımızın ilk mərhələsində əsasən fiziki hazırlıq üzərində çalışacağıq. Bakıda olduğumuz müddətdə həmçinin, bir yoxlama oyunu da keçirəcəyik. Təlim-məşq toplanışının 2-ci mərhələsi Türkiyənin Ərzurum şəhərində olacaq və ayın 15-də qardaş ölkəyə gedəcəyik. Ərzurumda 4 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Hansı komandalarla qarşılaşacağımız hələ məlum deyil. Bu yöndə danışıqlar davam edir".