AZAL-ın sabiq futbolçu Latviya klubunda

AZAL-ın sabiq futbolçu Latviya klubunda
XƏBƏR 3 İyul 2015 / 17:44 2611
-  A +

Ötən mövsümün sonunda AZAL-dan ayrılan Oskars Klavanın yeni klubu müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, latviyalı futbolçu karyerasını vətənində, "Liyepaya" klubunda davam etdirəcək.

Klubun rəsmi saytında 31 yaşlı müdafiəçi ilə bir illik müqavilənin imzalandığı bildirilib.

Qeyd edək ki, 2012-2015-ci illərdə AZAL-da çıxış edən Klava keçirdiyi 85 oyunda 3 qol vurub.


Son xəbərlər
16.09.25  16:55

"Roma" Dibalanı itirdi