"Arxayınlaşmaq olmaz" – İaşvili

"Arxayınlaşmaq olmaz" – İaşvili
XƏBƏR 3 İyul 2015 / 01:09 2872
-  A +

"Oyun çox ağır keçdi. "Qəbələ" çox yaxşı komandadır. Rəqibin heyətində güclü futbolçular var".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Dinamo"nun futbolçusu Aleksandr İaşvili Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"yə qalib gəldikləri oyundan (2:1) sonra deyib.

Gürcüstanlı futbolçu cavab matçının çətin keçəcəyini bildirib: “İnter”də çıxış edəndə bu komandaya qarşı oynamışam. “Qəbələ” indi çox güclənib. Qələbə qazanmağımıza baxmayaraq, arxayınlaşa bilmərik. Cavab oyunu da çətin alınacaq. Səfərdə müdafiədə olunub, qol buraxmamaq haqda düşünsək, uduzacağıq. Bu səbəbdən arxada müdafiədə bilmərik".

Son xəbərlər