"Dinamo"lu futbolçular daha çox döyüşdü" – Rikardinyo

"Dinamo"lu futbolçular daha çox döyüşdü" – Rikardinyo
XƏBƏR 3 İyul 2015 / 00:47 2627
-  A +

"Çətin oyun keçdi. Görüşə yaxşı başlamadıq. Xüsusən ilk 15 dəqiqədə istədiyimiz kimi oynaya bilmədik. Daha sonra oyun sistemimizi meydanda sərgilədik".

Bu sözləri Qol.Az-ın Tiflisə ezam olunmuş müxbirinə açıqlamasında "Qəbələ"nin futbolçusu Rikardinyo "Dinamo"ya məğlub olduqları oyun (1:2) haqda danışarkən deyib.

Braziliyalı futbolçu rəqibin daha çox döyüşdüyünü bildirib: "Hücumda bacardığımızı nümayiş etdirdik. Rəqib meydanda azlıqda qaldıqdan sonra üstünlük bizə keçdi. Ancaq “Dinamo”lu futbolçular daha çox döyüşürdü.

Onlar yaxşı oynadılar və qələbə qazandılar. Bəlkə də hesabı biz açsaydıq, 2-3 real qol vəziyyətini dəyərləndirsəydik, sevinən tərəf biz olacaqdıq. Səhvlərimiz üzərində işləməli və cavab görüşündə bunları etməməliyik. Növbəti mərhələyə çıxmaq şanslarımız var".

Son xəbərlər