"Bakı-2015" birinci Avropa Oyunlarının uğurla keçirilməsi ölkəmizin qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi. İdmançılarımız mötəbər yarışda uğurla çıxış edərək Azərbaycanı layiqincə təmsil etdilər. Sevindirici haldır ki, yarış keçirilən bütün idman arenalarında fiziki məhdudiyyətli şəxslər üçün beynəlxalq standartlara cavab verən şərait yaradılmış və həmin şəxslər böyük həvəslə bütün yarışları izləmişlər".
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bu sözləri iyulun 1-də ilk Avropa Oyunlarının yekunlarına həsr olunan iclasda Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlham Rəhimov deyib.
O bildirib ki, birinci Avropa Oyunlarında qazanılan uğurda paralimpiyaçı cüdoçuların da payı var: "Belə ki, İlham Zəkiyev qızıl, Səbinə Abdullayeva gümüş, Zakir Mislimov isə bürünc medal qazanıblar. Onlar uzun müddət idi ki, bu mötəbər yarışa hazırlaşırdılar. Gərgin hazırlıq öz bəhrəsini verdi. Yarışlarda üç paralimpiyaçı cüdoçu ilə təmsil olunan Azərbaycan eyni sayda medal qazandı. Bütün bunların əsasında ölkəmizdə idmana olan dövlət qayğısı dayanır. Buna görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk".
İlqar Rəhimov qeyd edib ki, birinci Avropa Oyunları zamanı Beynəlxalq Paralimpiya Komitəsi, Zəif Görən Atletlərin Beynəlxalq İdman Federasiyasının (IBSA) ə digər ali qurumların nümayəndələri ölkəmizə gəliblər:
"Onlar birinci Avropa Oyunlarının açılış mərasiminin, yarışların yüksək səviyyədə təşkilini görüb müxtəlif irimiqyaslı idman tədbirlərinin ölkəmizdə təşkil olunmasını təklif ediblər. Bunların sırasında üzgüçülük və atletika üzrə dünya çempionatı, 2017-ci ildə Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyası, 2019-cu ildə IBSA Dünya Oyunları və digər irimiqyaslı tədbirlər var. Hazırda bu tədbirlərin təşkili istiqamətində müzakirələr aparılır".
"Bakı-2015"də uğurla çıxış edən idmançılarımızın digər ciddi sınaq qarşısında olduğunu bildirən İlqar Rəhimov gələn il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında geniş heyətlə çıxış etməyə çalışacaqlarını diqqətə çatdırıb. Vurğulayıb ki, artıq 5 cüdoçumuz "Rio-2016"ya vəsiqəni təmin edib: "Biz bununla kifayətlənmək istəmirik. Təbii ki, cüdoçularımızın tam heyətlə planetin ən nüfuzlu turnirinə qatılmasını arzulayırıq".
İlqar Rəhimov Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotomüxbiri İlqar Cəfərovun həmişə paralimpiya yarışlarını yüksək səviyyədə işıqlandırdığını vurğulayıb. Qeyd edib ki, İ.Cəfərov ardıcıl olaraq üç Paralimpiya Oyunlarında idmançılarımızın uğurlarını işıqlandırıb. “Ümid edirəm ki, gələn il Braziliyada təşkil olunacaq Yay Paralimpiya Oyunlarında o, yenidən bizimlə olacaq və paralimpiyaçılarımızın uğurlarını arxivə çevirməkdə bizə kömək edəcək” - deyə o əlavə edib.
Digər çıxış edənlər "Bakı-2015" birinci Avropa Oyunlarının dünya tarixində qızıl hərflərlə yazıldığını deyib, idmançılarımızın nailiyyətlərini yüksək qiymətləndirib və qarşıdakı yarışlarda onlara uğurlar arzulayıblar.
Daha sonra Azərbaycanda Paralimpiya hərəkatının inkişafında göstərdiyi xidmətlərinə görə İlham Zəkiyev "Paralimpiya medalı", birinci Avropa Oyunlarında yüksək nailiyyətlərinə görə Səbinə Abdullayeva, Zakir Mislimov, baş məşqçi İbrahim İbrahimov, şəxsi məşqçilər Elxan Rəcəbli, Yengibar Əliyev və Pərviz Baratov Azərbaycan Milli Paralimpiya Komitəsinin Fəxri fərmanı ilə təltif ediliblər.
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu