"Çox xoşbəxtəm ki, qızıl medal qazanmışam. Mənim üçün böyük şərəfdir ki, "Bakı-2015"in qalibi olmuşam".
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu "Bakı-2015" I Avropa Oyunlarında qadın güləşi üzrə 48 kq çəkidə qızıl medal qazanan Mariya Stadnik jurnalistlərə deyib.
O, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və güclü azarkeş dəstəyinin qarşısında daha yaxşı çıxış etməyə çalışdığını deyib:
"İndi göyün 7-ci qatındayam. Bu qədər azarkeş dəstəyinin qarşısında ən yaxşı şəkildə çıxış etməliydim. Başqa cür ola da bilməzdi".
M.Stadnik onun üçün ən önəmli medalların hansı olduğu ilə bağlı suala maraqlı cavab verib:
"Ən çox önəmli olan medal uşaqlıqda qazandıqlarımdır. Çünki uşaq olduğumdan bu mənə görə qeyri-adi idi. Sonradan qazandığım uğurlar mənim üçün böyük xoşbəxtlik idi".
"Bakı-2015"ın qızıl medalçısı fəxri kürsüdə himn oxuması haqda da danışıb:
"Nəhayət ki, mən Azərbaycan Respublikasının Dövlət himnini öyrəndim və oxudum. Himnə daha çox qulaq asaraq öyrənmişəm. Mükəmməl olmasa da, oxuya bilirəm".
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır