"Futbolçularım Norveçlə görüşdə yaxşı oynadı. Matçın çətin keçəcəyini bilirdim. Çünki Norveçin əla komandası var. Ancaq bizim də onlara qarşı layiqli müqavimət göstərə biləcək gücümüz var idi. Topa daha çox biz nəzarət etdik".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Azərbaycan millisinin Norveçlə görüşdə (0:0) uduzmamalı olduğunu bildirib: "İyunun 12-si Azərbaycan üçün tarixi bir gün idi. Çünki elə həmin axşam ilk Avropa Oyunlarının açılış mərasimi baş tutdu. Biz səfərdə bir xal qazandıq. Bu nəticə bizim üçün əla hesab oluna bilər".
Prosineçki "Avro-2016"nın seçmə mərhələsində sentyabrda qarşılaşacaqları Xorvatiya ilə oyuna da toxunub: "Xorvatiya ilə baş tutan ilk oyunda Azərbaycan millisi rəqibinə 0:6 hesabı ilə uduzub. Ancaq bu, komandanın əsl gücünün göstəricisi deyil. Mən Xorvatiyaya qalib gələcəyimizi söyləmirəm. Lakin doğma meydanda onlara çətinlik yarada biləcəyik".
Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sentyabrın 3-də keçiriləcək.
Mourinyo, Simeone...
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır