Bu gün “Bakı-2015” I Avropa Oyunlarında karateçilərin mübarizəsinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, sonuncu gündə daha 6 dəst medal uğrunda mübarizə gedib.
Təmsilçilərimizin 2-si kata, 4-ü isə kumite yarışında gücünü yoxlayıb.
Kata, kişilər
Kata növündə idmançımız Tural Balcanlı ilk görüşündə türkiyəli Yakan Mehmetlə qarşılaşıb və rəqibinə məğlub olub. Daha sonra isə fransalı Dak Minə və Quta Adriana (Rumıniya) uduzan Tural mərhələ adlaya bilməyib.
Kata, qadınlar
Qadınlardan ibarət komandamız da bu gün mübarizəyə qoşulub. İdmançımız Adilə Qurbanovanın çıxışı uğursuz alınıb. İlk olaraq almaniyalı Jasmin Bleula, türkiyəli Dilarə Bozan və Xorvatiya təmsilçisi Vlatka Kiukə uduzan A.Qurbanova yarışda mübarizəni dayandırıb.
Kumite, kişilər
Kumite növü üzrə 84 kq çəkidə mübarizə aparacaq Ayxan Mamayev ilk görüşünü yunanıstanlı Georgios Mixail Tzanosa qarşı keçirib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Daha sonra ukraynalı Yaroslav Harunu 6:3 hesabı ilə məğlub edən 23 yaşlı karateçimiz qrup mərhələsində Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı keçirib.
Bu döyüşdə də qalib gələn (6:1) idmançımız yarımfinala çıxıb. Finala gedən yolda kosovalı Alvin Karaqi ilə qarşılaşan idmançımız qalib gələrək finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə yunanıstanlı Mixail Giorgios Tzanosla üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb. Lakin 4 yan xətt hakimindən 3-nün idmançımızı daha güclü sayması, yığmamızın aktivinə 10-cu medalı yazdırıb.
84 kq çəkidə mübarizə aparan karateçimiz Şahin Atamov uğursuz çıxışı ilə diqqət çəkib. İlk görüşdə türkiyəli Ərkan Enesə gözlənilməz hesabla 1:10 uduzan idmançımız Martin Nestorovski (Makedoniya) ilə də bacarmayıb - 3:5. Həmyerlimiz qrupdakı son görüşünü təcrübəli Spiridon Marqaritopulosa qarşı keçirib. Bu oyundan da məğlub ayrılan Atamov qrupda qalıb.
Kumite, qadınlar
68 kq çəkidə qadınlar ibarət komandamızın üzvü İrina Zaretska ilk görüşündə dünya çempionu Kristina Vizkainoya (İspaniya) 0:4 hesabı ilə uduzub. Milliləşdirilmiş karateçimiz növbəti görüşdə yunanıstanlı Vasiliki Panetsiduya qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Monteneqro idmançısı Marina Rakoviçi də üstələyən karateçimiz finala adlayıb. Həlledici görüşə avstriyalı Alisa Buçingerə 8:1 hesabı ilə qalib gələn Zaretska yığmamıza 9-cü medalı qazandırıb.
68 kq çəkidə mübarizə aparacaq digər idmançımız Aytən Səmədli keçirdiyi hər üç görüşdə məğlub olaraq yarışla erkən vidalaşıb.
Xatırladaq ki, ötən gün mübarizəyə başlayan karateçilərimiz komandamızın aktivinə iki qızıl və iki bürünc medal yazdırıb.
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Araz-Naxçıvan" qrupda son oyuna çıxır
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı