Bu gün “Bakı-2015” I Avropa Oyunlarında karateçilər mübarizəyə qoşulublar.
Qol.Az-ın məlumatına görə, ilk yarış günündə 6 dəst medal uğrunda mübarizə aparılıb.
İdmançılarımız Kumite növü üzrə bütün çəki dərəcələrində təmsil olunub.
İlk olaraq tatamiyə çıxan Firdovsi Fərzəliyevin rəqibi ispaniyalı Matias Qomes Qarsiya olub. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin növbəti görüşdə rəqibi italiyalı Luka Maresk olub. Karateçimiz bu dəfə inamlı təsir bağışlayıb və rəibinə qalib gəlib - 4:2.
Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb. Bu rəqibini 6:0 hesabı ilə üstələyən Fərzəliyev qrup qalibi kimi mərhələ adlayıb. O, yarımfinalda moldovalı Emin Pavlovla qüvvəsini sınayıb. İdmançımız bu dəfə də ümidləri doğruldub. O, 2:4 hesabı ilə geri düşsə də, sonda qələbə qazanmağı bacarıb. Bununla da o, finala yüksəlib. Karateçimiz finalda qrup mərhələsində məğlub etdiyi Mareska ilə qarşılaşıb.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn F.Fərzəliyev yığmamıza ilk qızıl medalı qazandırıb.
67 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verib. İlk qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılan həmyerlimiz daha sonra fransalı Stevan Da Kostanı 3:1, ispaniyalı Manuel Rosero Ruisi 2:0 hesabı ilə məğlub edib.
Krateçimiz yarımfinalda digər qrupun ikincisi Burak Uyğurla (Türkiyə) qarşılaşıb. Döyüş idmançımızın məğlubiyyəti ilə başa çatıb - 1:4.
Üçüncü yer uğrunda almaniyalı Rikardo Gieglerə 3:1 hesabı ilə qalib gələn idmançımız bürünc medalın sahibi olub.
75 kq şəki dərəcsində yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulub. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib və 3:0 hesablı qələbə qazanıb.
İdmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub - 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Ağayev yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşıb. Döyüş idmançımızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Təcrübəli karateçimiz qızıl medal uğrunda italiyalı Luici Busa ilə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn R.Ağayev qızıl medal qazanıb.
Qadınlardan ibarət komandamız da bu gün mübarizəyə qoşulub. 50 kq çəki dərəcsində ölkəmizi Nuranə Əliyeva təmsil edib. İlk görüşdə avstriyalı Bettina Plankla ilə üz-üzə gələn karateçimiz yuka xalı ilə uduzub - 0:1. Növbəti 2 gürüşündə də ümidləri doğrultmayan idmanımız mübarizəni erkən dayandırıb.
55 kq çəki dərəcəsində yığmamızın üzvü İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. İkinci görüşüşdə türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz 1:0 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib.
Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb.
İdmançımız yarımfinalda fransalı Emilya Tuoyla üz-üzə gəlib. Görüş 6:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Qasımova bürünc uğrunda ispaniyalı Kristina Ferrer Qarsiya ilə döyüşüb. Gərgin keçən oyun idmançımızın 5:2 hesablı qələbə qazanıb.
Bu, həmçinin yığmamızın Avropa Oyunlarında ilk medalı kimi tarixə düşüb.
61 kq çəkidə mübarizə aparan karateçimiz Fəridə Abıyeva ilk görüşünü slovakiyalı İnqrida Suşankovaya qarşı keçirib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Həmyerlimiz digər iki oyunda uduzaraq mübarizəni dayandırıb.
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Araz-Naxçıvan" qrupda son oyuna çıxır
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı