"Avro-2016"nın seçmə mərhələsində sabah millimizlə qarşılaşacaq Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo bu gün mətbuat konfransı keçirib.
Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis sabahkı görüşün komandası üçün çətin keçəcəyini bildirib:
- Ümid edirəm ki, futbolçular özlərini yaxşı tərəfdən göstərəcək və rəqib qapısına kifayət qədər zərbələr endirə biləcəklər. Buna təkcə Edeqor yox, digər futbolçular da cəhd etməlidirlər.
- Qələbə qazanmaq üçün ilk növbədə, qol vurmalıdır. Norveç millisi qolu standart vəziyyətdən və ya başqa tipli hücumlardan vurmağa çalışacaq?
- Hər şeydən əvvəl biz öncə müdafiədə diqqətli oynamalıyıq. Çünki Azərbaycan yığması daha öncə qol vurmağı bacardıqlarını göstəriblər. Fərdi mübarizələrdə rəqibə uduzmamalıyıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Komandada hansı problemlər var?
- Təbii ki, komandada müəyyən çatışmazlıqlar var. Ancaq bunları aradan qaldırmağa çalışırıq.
- Azərbaycanın Serbiya ilə oyunu izləmisiniz?
- Baş məşqçiniz Robert Prosineçki yaxşı komanda qurub. Azərbaycan yığması topla yaxşı davranırlar. Serbiya ilə oyunda da bunun şahidi olduq.
- Rəqibin Bakıdakı ilk oyunla müqayisədə indi daha güclü olduğunu söyləmək olar?
- Təbii ki, rəqib indi yaxşı vəziyyyətdədir. Ancaq bizim də komandada 23 futbolçu var. Onların hamısı yaxşı formada olan oyunçulardır. Rəqibi ümumi dəyərləndirsək, çox çətin oyun olacaq. İlk oyunda Azərbaycan yığmasının baş məşqçi dəyişmişdi və meydanın ot örtüyü keyfiyyətli deyildi. Ancaq indi hər şey fərqlidir.
- Komandanın sabahkı oyun üçün start heyətini müəyyənləşdirmisiniz?
- Start heyəti böyük ölçüdə bəllidir. Ancaq açıqlaya bilmərəm. Bizim B,C planlarımız da var. Sabah hansı planı işə salacağımız oyunun gedişindən asılı olacaq.
Vüsal HÜSEYN, Oslo
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq