"Qismət belə imiş, "Qarabağ"dan getməliydim"
"Qarabağ"ın yetirməsi olan Vüqar Nadirov Ağdam klubundan ayrıldı.
Hazırda milli komandamızla Avstriyada təlim-məşq toplanışında olan təcrübəli hücumçu Qol.Az-ın müxbiri ilə söhbətində ayrılığın səbəbi haqda çox danışmaq istəməyib.
"Hələ ki, bu haqda danışmaq istəmirəm. Təklif olunan şərtlər məni qane etmədi. Deməli, qismət belə imiş, getməliydim" - deyə o bildirib".
Qeyd edək ki, futbolçu karyerasına "Qarabağ"da başlayan Nadirov 2005/2007-ci illərdə "Xəzər Lənkəran", 2008-ci ildə "Masallı", 2008/2009 mövsümündə isə "Karvan"da çıxış edib. 2009-cu ildə yenidən "Qarabağ"a qayıdan V.Nadirov ümumilikdə 10 il Ağdam klubunun şərəfini qoruyub.