"Fasilədən sonra istədiyimiz oyunu göstərdik"

"Fasilədən sonra istədiyimiz oyunu göstərdik"
GÜNDƏM 7 İyun 2015 / 23:06 3693
-  A +

"Komandam oyuna çox yaxşı başladı. Hesabı da biz açdıq. Birinci hissənin ortalarından etibarən futbolçularım oyun planına uyğun oynamadılar. Xüsusilə, yarımmüdafiədə yol verdiyimiz ciddi səhvlər Azərbaycan millisinin qol vurması ilə nəticələndi".

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri Serbiya yığmasının baş məşqçisi Radovan Curçiç millimizlə yoxlama görüşündən sonra deyib.

Təcrübəli mütəxəssis komandasının fasilədən sonra daha yaxşı oynadığını bildirib: "Fasilədən sonra artıq istədiyimiz oyunu göstərməyə başladıq. Meydana sonradan daxil olan futbolçular da oyuna yaxşı qoşuldular.

Bu qarşılaşma bizim üçün hazırlıq baxımından əhəmiyyətli idi və səmərəli oldu. Qarşıda bizi Kopenhagendə Danimarka millisi ilə vacib oyun gözləyir. İnanıram ki, həmin oyunda da futbolçularım bu gün ikinci hissədə oynadığı kimi çıxış edəcək və qələbə qazana biləcəyik".

Qeyd edək ki, Avstriyada keçirilən yoxlama oyununda Serbiya yığmamıza 4:1 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır