"Neftçi"nin qapıçısı Saşa Stamenkoviç klubdan ayrılması ilə bağlı mediaya vida müraciəti göndərib.
Qol.Az saytına daxil olan müraciətdə serbiyalı qolkiper 4 il şərəfini qoruduğu "Neftçi"dən ayrılmağın onun üçün çətin olduğunu bildirib.
Stamenkoviçin vida müraciətini olduğu kimi təqdim edirik:
"Uzun və ağır mövsümdən sonra danışmağa söz tapmaq çətindir. "Neftçi"yə gəldiyimdə bir gün gedəcəyimi bilirdim. Ancaq bu barədə düşünməməyə çalışırdım. Danışmağa sözüm çoxdur, amma yalnız xoş sözlər deyəcəm. "Neftçi" mənə və ailəmə çörək verdi. Yediyin qaba tüpürmək olmaz. "Neftçi"də həyatımın xoş anlarını keçirdim. Buna görə də getmək o qədər də asan deyil. "Neftçi"dən ayrılacağım üçün çox məyusam. Halbuki bu komandada daha yaxşısını edə bilərdim, ancaq həyat davam edir. "Neftçi" oynamaq şansım yarandı və bunu dəyərləndirdim. Komandada keçirdiyim 4 ildə 4 kubok qazandım, hansı ki, onların klubun muzeyində əbədi olaraq qalacaq. Bununla fəxr edirəm. Həmçinin Avropa Liqasında tarixi qələbəmizlə də qürur duyuram. Kiprdə APOEL üzərindəki qələbədən sonra Bakıya qayıtdıqda hava limanında minlərlə insanın bizi qarşılamasını heç vaxt unutmayacam.
9 illik fasilədən sonra kuboku qazanmağımızla da öyünə bilərəm. Hər zaman özümüzü ailənin bir hissəsi saymışıq. Sadıq Sadıqov bizə "divardan keç" desəydi, bunu da edərdik. Təəssüf ki, Avropa Liqasının qrup mərhələsində ikinci dəfə oynaya bilmədik. Lakin əminəm ki, hazırkı nəsil bunu bacaracaq. Bəlkə də mən "Neftçi"də tarixinin ən yaxşı dövründə oynadım və bununla qürur duyuram. Bir neçə dəfə zədəli halda meydana çıxdım, bədənimi komandaya qurban verdim, amma bunun kubok üçün olduğunu bilirdim. Bu hərəkətimlə gənc futbolçulara yaxşı örnək olduğumu düşünürəm. "Neftçi"də keçirdiyim 4 ildə yalnız xoş anları xatırlamaq istəyirəm. Pis günlərim haqda düşünmək istəmirəm. Onlar məni daha da möhkəmləndirib.
Həyat tək futboldan ibarət deyil. Burada bir sıra dostlar qazandım. Onlarla münasibətlərimizi davam etdirəcəyəm. "Neftçi"də zaman-zaman komanda yoldaşlarım dəyişdi. Mənə pis və yaxşı günlərimdə dəstək olan hər kəsə təşəkkür edirəm. Sizlər mənim ən yaxşı yoldaşlarım oldunuz. Hər birinizə uğurlar arzulayıram. Klubda çalışan insanlardan çox şey öyrəndim, hər kəsə təşəkkürümü bildirirəm.
Normal əməkdaşlıq və dil bilmədiyim üçün mənə göstərdikləri anlayışa görə bütün jurnalistlərə minnətdaram. Klubun “facebook” səhifəsində görüntülənən şəkillərim üçün də təşəkkür edirəm. Azərbaycanda, Bakıda ilk gündən yaxın qohum kimi qəbul edildiyim üçün çox məmnunam. Mən özümü burada heç vaxt əcnəbi kimi hiss etməmişəm. Sanki öz evimdə idim. Valideynlərim də buna görə hamınıza təşəkkür edir. Bundan sonra hansı klubda oynayacağımı bilmirəm. Amma heç vaxt oynamayacağım komandaların adlarını bilirəm.
Əlbəttə ki, azarkeşləri unutmamışam. Ən yaxşını sona saxlamışam. Gedəcəyim məlum olanda sizlər məni müsbət mənada təəccübləndirdiniz. Onların mənə göndərdiyi ismarışlar və xoş arzular göstərir ki, mən komanda üçün nəsə etmişəm. İlk növbədə davranışım və klubun formasına münasibətimlə. Mənim üçün böyük əhəmiyyət kəsb edən dəstək üçün təşəkkür edirəm. Məhz bu dəstək sayəsində ağrı və yorğunluq hiss etməmişəm. Bunu hər futbolçu arzulayar. Çünki bu emosiyaları pulla almaq olmaz.
Getməyimə üzülməyin, özünüzə yeni "sevimli futbolçu” tapın, komandanızı yaxşı və pis gündə dəstəkləməkdə davam edin. Oyunçular, məşqçilər, rəhbərlik dəyişir, amma siz azarkeşlər həmişə qalacaqsınız. Nahaq yerə demirlər ki, azarkeşlər komandanın aynasıdır. Mən sizin klub üçün mübarizə aparmışam və sizlərdən biri olaraq qalacam. Mənə ilk növbədə insan, sonra qapıçı kimi hörmət etdiyiniz üçün bir daha təşəkkür edirəm".
Hakim azarkeşə qırmızı vərəqə göstərdi
"Messi dünyanın ən yaxşı oyunçusu olaraq qalacaq"
"Beşiktaş"ın futbolçularından xoş xəbərlər var
Paratiçi yenidən "Tottenhem"dən gedir
Salah 19 yaşlı futbolçu ilə əvəzlənə bilər
Martinelli her-trik etdi, "Arsenal" qalib gəldi
Qara Qarayev milliyə təyinat aldı
"Ayaks" autsayderə qarşı çətin qələbə qazandı
İtaliya nəhəngləri oyunçularını dəyişir?
"Real"ın futbolçusu üçün 180 milyonluq təklif var
Güləş üzrə Azərbaycan çempionatına yekun vuruldu - Şəkillər
Milli hakimin qərarlarından narazıdır, CAF-a şikayət edəcək
Amorimə görə "Roma"ya transferi baş tutmadı
"Sabah" 3 dəqiqədə 2 qol vurdu, qələbə qazandı
"Əl-İttihad" 38 yaşlı futbolçusunu buraxmaq istəmir
"Qarabağ"ın rəqibinin gənc futbolçusu sıradan çıxdı
Reşford üçün Ciddədə görüş
“Qarabağ”ın akademiyasından əsas komandaya növbəti addım
600 gündən sonra “Mançester Siti”də qol vurdu
Karvaxal: "Klub da mənimlə eyni fikirdədir"
"Roma"nın kapitanı qərarını verdi
Flik final "El-Klassiko"su haqda
Enrike PSJ-dən ayrıla bilər
Qurban Qurbanov 15 yaşlı Əlini əsas komandaya çağırdı
"Yenə də çempion biz olacağıq" - Okan Buruk
"Genduzi sanki 8 aydır burada oynayır" - Domeniko Tedesko
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
"Fənərbaxça" "Qalatasaray"a belə qalib gəldi - Video
"Bayer" uduzdu, "Frayburq"dan qələbə
Afrika Millətlər Kubokunda son yarımfinalçılar məlum oldu
Azərbaycan çempionları müəyyənləşdi
"Fənərbaxça" "Qalatasaray"a qalib gəldi, Superkuboku qazandı
Bonifase əməliyyat olunacaq
"Bavariya" 16 yaşlı futbolçunu hədəf aldı
"Hesaba aldanmaq olmaz" - Andrey Demçenko
"Arsenal" 5 futbolçusu ilə müqaviləni uzadır
Van Deyk: "Daha bir neçə il oynayacağam"
"Araz-Naxçıvan"dan 7 qollu qələbə
"Ayaks" İbrahimoviçin oğlunu istəyir
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
"Roma" səhhətində problem yaranan futbolçunu satdı
"Qarabağ" da Türkiyəyə getdi - Şəkillər
"Çelsi"nin futbolçusu "Middlsbro"ya keçdi
"Fənərbaxça" qapıçısını icarəyə göndərdi
2 ay Mbappe, 2 ay Yamal
Vircil van Deyk karyerasını bitirirmi?