Avropa oyunlarının məşəli Sumqayıtda (FOTOLAR)

Avropa oyunlarının məşəli Sumqayıtda (FOTOLAR)
BAKI-2015 31 May 2015 / 17:03 2169
-  A +

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli ölkəmizi qarış-qarış gəzməkdə davam edir. Məşəl estafetinin növbəti ünvanı Sumqayıt olub.

Qol.Az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, ilk Avropa Oyunlarının məşəli Sumqayıtda coşqu ilə qarşılanıb. Minlərlə sumqayıtlı şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önündə Oyunların bayramsayağı bəzədilən rəmzi qapısında məşəlin qarşılanması mərasimini böyük sevinclə izləyib.

Məşəli sumqayıtlı gənc fəal Elvin Dadaşov qəbul etdi. Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən sumqayıtlıların alqışları altında Heydər Əliyev prospekti, Sülh, Səməd Vurğun küçələri, Azadlıq prospektindən keçməklə Bayraq Meydanına gəliblər.

Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli komandasının kapitanı, beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova burada quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra birinci Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa çatanadək saxlanılmaq üçün şəhərə təhvil verilib.

Birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Sumqayıt səfərini başa vuran “Bakı-215”-in məşəli Xızı rayonuna yola salınıb.




































Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır

03.07.25  19:07

"Napoli"dən La Liqaya