Malta "Bakı-2015"ə 59 idmançı ilə gəlir

Malta "Bakı-2015"ə 59 idmançı ilə gəlir
BAKI-2015 31 May 2015 / 11:40 1320
-  A +

Malta “Bakı-2015” ilk Avropa Oyunlarında idmanın su polosu (13), atletika (35), badminton (2), velosiped (2), cüdo (2), atıcılıq (2) və triatlon (3) növləri üzrə mübarizə aparacaq 59 idmançı ilə təmsil olunacaq.

Qol.Az-ın “Azərtaca”a istinadən yaydığı xəbərə görə, yarışlarda Malta nümayəndə heyətinə Dion Buhagiar başçılıq edəcək.

“Bakı-2015” Əməliyyat Komitəsi ilə ötən müddət ərzində sıx əlaqədə olduğunu bildirən Dion Buhagiar vurğulayıb ki, yarışların yüksək səviyyədə keçiriləcəyi artıq məlumdur. O deyib: “İlk Avropa Oyunlarının proqramına daxil edilmiş bəzi idman növlərinin “Rio-2016” Olimpiya Oyunları üçün təsnifat imkanı verməsi yarışların önəmini daha da artırır”.

“Bakı-2015”-in su polosu yarışlarında Maltanı təmsil edəcək komandanın kapitanı Ben Plumpton bu ölkənin bayraqdarı seçilib.

Daha çox


Son xəbərlər
04.07.25  14:35

"Napoli"də qalır

03.07.25  19:07

"Napoli"dən La Liqaya