Müqəddəs Atəşgah məbədində alovlandırılan “Bakı-2015” birinci Avropa Oyunlarının məşəli mayın 30-da Qobustana gətirilib.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, qobustanlılar Avropa Oyunlarının məşəlini böyük sevinclə qarşılayıblar. Şəhərin Heydər Əliyev prospektində mədəniyyət evinin qarşısında qurulan və ətrafında minlərlə insanın toplaşdığı rəmzi qapıda birinci Avropa Oyunlarının məşəlini məşqçi-müəllim Fərid Əzizov qəbul edib.
Sonra 10 nəfər məşəlçi sürəkli alqışlarla yürüşə başlayıb. Onlar yol boyu növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca 2,5 kilometr məsafə qət etməklə şəhərin bayraq meydanında qurulan səhnəyə gəliblər. Karatenin tiroksin-kaymay növü üzrə üçqat respublika çempionu İbad Rzazadə səhnəyə qalxaraq burada qurulan məşəli alovlandırıb. Əlaçı şagird, Heydər Əliyev inşa yazı müsabiqəsinin respublika turunun qalibi Gülər Cavadovanın qəbul etdiyi ilk Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Qobustan şəhərinə təhvil verilib.
Sonra aprelin 26-da Atəşgah məbədində ilk Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilin.
Rayon gənclər və idman idarəsinin rəisi Rauf Rəcəbov isə sevincini ifadə edərək bildirib: “Bu gün bütün qobustanlıların, xüsusən gənclərimizin, idmançılarımızın bayramıdır. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın, idmançılarımızın uğuru, təntənəsidir. Ötən hər günün bizə yaxınlaşdırdığı bu möhtəşəm Oyunlarda ayrı-ayrı Avropa ölkəsindən 6000 nəfər idmançı idmanın 20 növü üzrə öz gücünü sınayacaq. İnanırıq ki, idmançılarımız bu möhtəşəm yarışlarda gözəl nəticələr göstərəcək. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan ardıcıl və məqsədyönlü tədbirlər, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri uğurlu nəticələr bu Oyunlarda da yüksək əyarlı medallar qazanacağımıza əminlik yaradır”.
Sonda musiqiçilərin ifasında konsert proqramı təqdim olunub.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?