Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva “Bakı-2015” Əməliyyat Komitəsinin baş ofisində yaradılan şəraitlə tanış olublar.
Qol.Az-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və əməliyyatlar üzrə baş direktor Saymon Kleq ofisdə yaradılan şərait barədə dövlətimizin başçısına və xanımına məlumat veriblər.
Bildirilib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq üçün cəmi iki il yarım vaxt ayrılmasına baxmayaraq, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin, eləcə də Əməliyyat Komitəsinin səmərəli fəaliyyəti nəticəsində yarışların yüksək səviyyədə keçirilməsi üçün görülən işlər artıq başa çatmaq üzrədir. Birinci Avropa Oyunları ilə əlaqədar bütün nəqliyyat, qeydiyyat, informasiya, təhlükəsizlik və digər əməliyyatlar bu mərkəzdən idarə olunacaq. Mərkəzdə yerli və xarici mütəxəssislərin yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Ümumilikdә, Komitədə yerli və xarici mütəxəssislərdən ibarət 1500-ə yaxın işçi çalışır.
Atletlərə xidmət və idman şöbəsi ilə tanışlıq zamanı bildirilib ki, Oyunlarda iştirak edəcək bütün idmançıların, məşqçilərin yerləşməsi və lazımi idman avadanlığı ilə təmin edilməsi, həmçinin onların təmsil olunduqları ölkələrin Milli Olimpiya komitələrinin rəsmilərinin qarşılanması və yerləşdirilməsi buradan idarə ediləcək.
Texnoloji Əməliyyatlar Mərkəzi və texnoloji dəstək şöbəsi də birinci Avropa Oyunlarına tam hazırdır. Oyunların keçiriləcəyi bütün obyektlərdə istifadə ediləcək texnoloji avadanlıq və Oyunların yayımı da buradan idarə olunacaq. Bütün bu işlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə aparılır.
Dövlətimizin başçısı və xanımı birinci Avropa Oyunlarının keçiriləcəyi məkanlar və ümumi marşrutun əks olunduğu xəritə ilə də tanış olublar. Oyunlar zamanı təhlükəsizlik məsələləri də yüksək səviyyədə həyata keçiriləcək.
Birgə Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, ilk Avropa Oyunlarında qitə ölkələrindən minlərlə idmançı iştirak edəcək. Atletlərlə birgə Oyunları izləməyə gələcək çoxlu sayda tamaşaçı və turist axını da gözlənilir. Ən əsası isə həmin idmançıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsidir. Ümumilikdə, həm yarışların keçiləcəyi arenalarda, həm də Avropa Oyunlarına daxil olan marşrutlar üzrə 2400 kamera quraşdırılıb. Bütün təhlükəsizlik tədbirləri də bu Mərkəzdən idarə ediləcək. Burada hüquq mühafizə orqanlarının hər birindən nümayəndələr olacaq. Bütün bunlar Avropa Oyunları ilə bağlı ölkəmizə gələn qonaqların rahatlığını təmin etmək baxımından önəmlidir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzi ilə tanış olublar. Burada birinci Avropa Oyunları Əməliyyat Komitəsinin bütün şöbələrinin rəhbərləri fəaliyyət göstərəcəklər. Əməliyyatların yüksək səviyyədə həyata keçirilməsi üçün mərkəz 24 saat işləyəcək.
Artıq ilk Avropa Oyunlarının açılışına az vaxt qalıb. Çox qısa müddətdə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya hərəkatına verilən dəyərin təzahürüdür. Bu möhtəşəm hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də son illərdə ölkəmizin idman sahəsində qazandığı uğurlardan qaynaqlanır. Bu, bir daha təsdiqləyir ki, dörd ildən bir keçiriləcək Avropa Oyunlarının standartları məhz Azərbaycanda müəyyən olunacaq.
İyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növü üzrə mübarizə aparacaq. İlk Avropa Oyunları Bakıda 21 məkanda keçiriləcək. Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yaradılan şərait bu idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə bir daha təminat verir.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Oyunlarda Azərbaycan idmançılarının istifadə edəcəkləri geyimlər barədə də məlumat verilib.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?