Estoniya Bakıya 59 idmançı ilə gəlir

Estoniya Bakıya 59 idmançı ilə gəlir
BAKI-2015 28 May 2015 / 18:44 1224
-  A +

Estoniya Olimpiya Komitəsi (EOK) "Bakı 2015" I Avropa Oyunlarında iştirak edəcək idmançıların sayını açıqlayıb.

Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, Estoniya Oyunlarda 59 idmançı ilə təmsil olunacaq.

Estoniyalı idmançılar Oyunların proqramına daxil edilmiş bütün idman növlərində deyil, 12-də çıxış edəcəklər. Bura velosiped, cüdo, atıcılıq, güləş, boks, çimərlik voleybolu, qılıncoynatma, 3X3 basketbolu, badminton, triatlon, üzgüçülük və kamandan oxatma növləri daxildir.
Estoniyadan Bakıya EOK-un idman direktoru Martti Rayunun rəhbərliyi altında ümumilikdə 97 nəfərlik heyət gələcək. Bu siyahıya idmançılardan əlavə, məşqçi, həkim və digər nümayəndələr də daxildir.

Ölkə bayrağını isə güləşçi Nabi Xeyki daşıyacaq. 30 yaşlı yunan-Roma güləşçisi iki dəfə dünya (2006, 2013) çempionu adını qazanıb və bir dəfə dünya üçüncüsü olub (2014). Bundan başqa, o, "London 2012"də gümüş, 2005 və 2006-cı illərdə keçirilən Avropa çempionatında isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?