Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 26-da İsmayıllı şəhərinə aparılıb.
Qol.Az-ın "Azərtac"a istinadən verdiyi məlumata görə, şəhərin girişində, Nizami Gəncəvi küçəsində qurulan I Avropa Oyunlarının rəmzi qapısında məşəlin izdihamlı qarşılanma mərasimi olub. Mərasimə gələn insanların sürəkli alqışları altında məşəli karate üzrə dünya və Avropa çempionu Bayram Qəhrəmanov qəbul edib.
Sonra 10 nəfər məşəlçinin yürüşü başlanıb. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Nizami Gəncəvi küçəsindən və Heydər Əliyev prospektindən keçməklə 2,82 kilometr məsafə qət edərək, şəhərin mərkəzi meydanına gəliblər.
Burada yürüşçülər musiqi sədaları altında alqışlarla qarşılanıblar. Poverliftinq üzrə beşqat dünya və üçqat Avropa çempionu Kamil Qafarov Mədəniyyət Sarayının qarşısında quraşdırılan səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb. İdman müəllimi Rəvan Qarayev isə ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verib.
Mərasimdə aprelin 26-da qədim Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks etdirildiyi videoçarx nümayiş olunub.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?