"Birinci Avropa Oyunlarını keçirmək bizim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir. Eyni zamanda, biz bunu Azərbaycana beynəlxalq miqyasda göstərilən marağın təzahürü kimi dəyərləndiririk".
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində deyib.
Prezident İlham Əliyev bildirib ki, son 10 ildə Azərbaycanın dinamik inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş mühüm uğurlar, beynəlxalq arenada yürütdüyümüz müstəqil, fəal siyasət ölkəmizin nüfuzunu daha da yüksəldib. Həmçinin həyata keçirilmiş nəhəng quruculuq və abadlıq işləri nəticəsində Bakı dünyanın ən gözəl, ən müasir şəhərlərindən birinə çevrilib.
“Ümid edirəm ki, Bakı qonaqlar və idmançılar üçün gözəl məkan olacaq”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan həm də beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindəndir, idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə qazandığı uğurların sayı ildən-ilə artır. Azərbaycanın əksər bölgələrində müasir standartlara uyğun Olimpiya kompleksləri, digər idman qurğuları yaradılıb. Bu, həm də Azərbaycanda idmanın kütləviliyini şərtləndirən mühüm amillərdən biridir.
Prezident deyib ki, Avropa Oyunları müxtəlif idman növlərinin ölkəmizdə təbliği, yeni nəsil idman mütəxəssislərinin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin Oyunlar Azərbaycan üçün gözəl sosial təbliğat vasitəsi olacaq.
Avropa Oyunlarının keçirilməsi üçün yaradılmış infrastrukturun şəhərimizin və ölkəmizin gələcəkdə digər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsini də asanlaşdıracağını vurğulayan dövlətimizin başçısı bu Oyunların Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olacağını diqqətə çatdırıb.
“Bir sözlə, bizim güclü potensialımız, mükəmməl idman infrastrukturumuz, böyük beynəlxalq tədbirləri təşkil etmək sahəsində yaxşı təcrübəmiz var və əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirəcəyik”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?