“Qəbələ”dən daha iki transfer

“Qəbələ”dən daha iki transfer
ÖLKƏ FUTBOLU 24 May 2015 / 12:24 8478
-  A +

Növbəti mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ" heyətini daha iki futbolçu ilə gücləndirib.

Bu barədə Qol.Az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Onun sözlərinə görə, Bakı “İnter”indən  Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov transfer edilib.

M.Mirzəbəyovla artıq iki illik müqavilə imzalanıb. A.Daşdəmirovun da yaxın saatlarda sözləşmə imzalayacağı gözlənilir. Hər iki futbolçu müdafiəçidir və millimizin şərəfini qoruyur.

Qeyd edə ki, “Qəbələ” daha öncə “Simurq”dan Samir Zərgərov, “Sumqayıt”dan isə Andrey Papoviçi heyətinə cəlb edib.

Daha çox


Son xəbərlər