Varşavada, Olimpiya piknikində “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Polşanın paytaxtında artıq 17-ci dəfə keçirilən Olimpiya piknikinin əsas mövzusu birinci Avropa Oyunları olub. Tədbir Visla çayının sahilində onlarca hektar ərazidə yerləşən Kempa Pototska parkında keçirilib. Burada adətən xalq gəzintiləri və velosipedçilərin yarışları təşkil olunur.
Parkda quraşdırılmış böyük monitorda “Bakı-2015” haqqında film fasiləsiz nümayiş etdirilib. Bir çox yerlərdə quraşdırılmış stendlərdə Bakının görüntüləri və birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar hadisələr əks olunub.
Polşa Olimpiya Komitəsinin mətbuat katibi Henrik Urbas Olimpiya piknikinin iştirakçılarına bildirib ki, bugünkü tədbirin mövzusu iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarıdır. O qeyd edib ki, Polşa Olimpiya Komitəsi idarə heyətinin qərarı ilə Avropa Oyunlarında Polşanın 214 idmançısı iştirak edəcək. Ümumiyyətlə, Polşanın nümayəndə heyəti 334 nəfərdən ibarət olacaq. Polyak idmançılar badminton, boks, gimnastika, akrobatika, cüdo, kanoyedə avarçəkmə, karate, velosiped idmanı, kamandan oxatma, voleybol (üstüörtülü meydanda və çimərlikdə), üzgüçülük, sinxron üzgüçülük, suyatullanma, sambo, qılıncoynatma, taekvondo, stolüstü tennis, triatlon və güləş kimi idman növləri üzrə yarışlarda iştirak edəcəklər.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov tədbirdə çıxış edərək Polşa baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskiyə, idman və turizm naziri Ancey Bernata təqdimatda iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Səfir hamını Bakıya dəvət edib. O deyib: “Sizi ən yaxın insanlar kimi qarşılayacaqlar”.
Polşa Olimpiya Komitəsinin prezidenti Ancey Krasnitski deyib ki, təntənəli tribunada Polşanın müxtəlif dövrlərdə Olimpiya Oyunlarının mükafatlarını qazanmış idmançıları var. O, bu idmançılara təşəkkür edərək gənc idmançılara uğurlar diləyib. A.Krasnitski qeyd edib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları bu ilin böyük idman yarışlarından biridir.
Azərbaycanın Polşadakı səfirliyi tərəfindən təşkil olunmuş “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı çərçivəsində Olimpiya piknikinin iştirakçılarına “Bakı-2015” loqotipli nişanlar, bu yarışlar haqqında, habelə ölkəmizin mədəniyyəti və tarixi barədə bukletlər paylanıb, gəzintinin iştirakçılarını milli şirniyyata, müxtəlif sərinləşdirici içkilərə, çaya qonaq ediblər.
Gəzintinin gənc iştirakçılarına Polşa Olimpiya Komitəsinin nəşri olan “Olimpuski” jurnalının uşaq əlavəsi – “Olimpionik” jurnalı paylanıb. Jurnalın uşaqlar üçün olan versiyasında və əsas jurnalda qarşıdakı Avropa Oyunlarından bəhs edən məqalələr dərc olunub.
Kempa Pototska parkında Azərbaycan xalq musiqisi səsləndirilib. Varşava sakinləri qarşısında musiqiçilər qrupunun müşayiəti ilə muğam ifaçısı Aytən Məhərrəmova çıxış edib.
Sonra müxtəlif yaş kateqoriyalarında idman yarışları keçirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq
Premyer Liqa klubu aşağı liqa təmsilçisinə uduzdu
Azarkeşlərin "vəfasızlığından" şikayətləndi
Ramos doğma klubunu alır?
Superliqa klubu baş məşqçisi ilə sağollaşdı
Ronaldo yenidən yaşıl meydanlarda
Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
Kukurella "Finalissima" matçına çıxacaq?
500-cü qolunu vurdu
"Zirə"nin qələbəsindən - Video
Bərbad!..
Klub ağır məğlubiyyətə uğradı, hakimləri şikayət etdi
"Rəqibə qol epizodu vermədik" - Rəşad Sadıqov
“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”
"Zirə" qalib gəldi, Musa "Qarabağ"a qələbə qazandırdı
“Əliyar onsuz da bizim oyunlarda maraqlı qərarlar verir”
“Qarabağ”ın bərbad meydançadakı çətin qələbəsi - Video
Qurban Qurbanov “İmişli” klubuna da etiraz etdi
"Kəpəz"dən yeni transfer
İqor Tudor rəsmən İngiltərə Premyer Liqasında
Azərbaycan çempionatı: Ölkənin ən güclüləri müəyyənləşdi
"Zirə" - "Karvan Yevlax": Heyətlər
"Liverpul" "Arsenal"ı 109 milyon avroya məğlub edir
“Qarabağ” Qubaya getdi, tribunalar doldu - Video
Koxalski iştirak ərizəsində niyə yoxdur? - Açıqlama
Azərbaycan çempionatında 1/4 final başlayır
"İmişli" - "Qarabağ": Heyətlər
Transferlərə ən çox pul xərcləyən klublar - “Nyukasl” da var
“Neftçi”də 3 legioner
Messi dünya çempionatında iştirak etməyə bilər
“Araz-Naxçıvan”da yeni oyunçu
Juninyo qələbə qolu vurdu - Video
"Nyukasl"ın "Qarabağ"la oyundan öncə son dueli
40 yaşlı Modriçin vurduğu qol - Video
"Borussiya" 4 qolla qalib gəldi
"Qalatasaray"dan darmadağın
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı