Serbiya ilk Avropa Oyunlarında idmanın 20 növü üzrə 133 atletlə təmsil olunacaq.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bu ölkəni “Bakı-2015”də təmsil edəcək idmançılar yarışlarda yüksək nəticələr göstərmək üçün bütün güclərini səfərbər edəcəklər.
Avarçəkmə idman növü üzrə ilk Avropa Oyunlarında mübarizə aparacaq Nikolina Moldovan medallara böyük ümid bəslədiyini və yarışlara ciddi hazırlaşdığını deyib: “İlk Avropa Oyunlarına böyük ümidlərlə gedirik və ən yaxşı nəticələri göstərmək istəyirik. Əsas məqsədimiz Bakıdakı yarışlara fiziki baxımdan tam hazır olmaqdır. “Bakı-2015”in Olimpiya Oyunları səviyyəsində təşkil olunacağını artıq bilirəm”.
2012-ci ildə keçirilmiş London Yay Olimpiya Oyunlarında taekvondo üzrə yarışlarda qızıl medal qazanmış, “Bakı-2015”də Serbiya yığmasının bayraqdarı seçilmiş Milica Mandiç isə təəssüratlarını bu sözlərlə ifadə edib: “Açılış mərasimində Serbiya bayrağını daşıyacağım üçün qürurlanıram. Avropaya məxsus yeni idman yarışlarının təşkili məni çox məmnun edir. İlk Avropa Oyunlarında yüksək nəticələr göstərəcək idmançılar üçün gələcək turnirlərdə yaxşı imkanlar yaranacaq. Güclü rəqiblərlə mübarizə aparacağıq, yarışlar gərgin keçəcək. Nəzərə alsaq ki, “Bakı-2015” Olimpiya Oyunları səviyyəsində təşkil olunacaq, o zaman heç vaxt Olimpiya Oyunlarında iştirak etməyən idmançılar üçün bu hərəkatın ruhunu hiss etmək fürsəti yaranacaq”.
Atıcılıq üzrə Serbiya yığmasının üzvü Damir Mikec əsas hədəfinin ilk Avropa Oyunlarının finalınadək irəliləmək və medallar qazanmaq olduğunu deyib: “İndiyədək qazandığım nailiyyətlərlə kifayətlənmək istəmirəm, daha böyük emosiyalarla, yeni həyəcanla ilk Avropa Oyunlarına hazırlaşıram. “Bakı-2015”də yarışlar heç də asan keçməyəcək, ancaq mən hər zaman özümdən daha artıq nəticə gözləyirəm”. O bildirib ki, bu yarışlar “Rio-2016” Yay Olimpiya Oyunlarına hazırlıq baxımından da yaxşı fürsətdir: “Əslində “Bakı-2015” də Olimpiya Oyunlarını xatırladır: məşəlin alovlanması, atletlər kəndinin qurulması və digər məqamlar”.
London Yay Olimpiya Oyunlarının gümüş medalçısı, atıcılıq üzrə serbiyalı atlet İvana Maksimoviç də Bakıdakı yarışlara tam hazır olduğunu deyib: “Nəzərə alsaq ki, Avropa Oyunları ilk dəfədir keçirilir, bu cür böyük idman tədbirindən mütləq medallarla qayıtmaq lazımdır. Hesab edirəm ki, yaxşı nəticələr göstərməyə qadirəm. Bakıda möhtəşəm idman atmosferi və uğurlu nəticələr bizi gözləyir. Hazırda bütün diqqətimi bu yarışlara kökləmişəm. Medal qazanmaq və tarixə düşmək istəyirəm”.
Serbiya Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zarko Paspalj isə milli komandanın vətənə çoxlu medallarla və yüksək nəticələrlə qayıdacağına ümidvar olduğunu bildirib.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?