"İnter"dən üç yubiley

"İnter"dən üç yubiley
GÜNDƏM 18 May 2015 / 10:53 1817
-  A +

Azərbaycan Premyer Liqasının 35-ci turunun “Qəbələ” ilə səfər oyunu “İnter” üçün yubileylərlə əlamətdar olub. 

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 1:1 hesablı heç-heçə paytaxt təmsilçisinin ölkə çempionatlarında 50-ci səfər bərabərliyi olub.

211 dəfə rəqib meydanlarına çıxan bakılılar 93 qələbə qazanıb, 68 dəfə məğlub olub. "Qəbələ" ilə oyunda “İnter”in yeganə qolunun müəllifi Asif Məmmədov paytaxt təmsilçisinin heyətində 10-cu dəfə fərqlənib. Yubiley qolunu 130-cu maçında vuran Məmmədov Premyer Liqada ümumilikdə 24-cü dəfə fərqlənib.

“İnter”in digər futbolçusu Elvin Məmmədov isə komandasının heyətində 50-ci çempionat matçına çıxıb. Ümumilikdə isə yarımmüdafiəçi Premyer Liqada 229 oyun keçirib.

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar

15.09.25  10:58

“Turan Tovuz”da ilk