Avropa Oyunları Ukraynada da yayımlanacaq

Avropa Oyunları Ukraynada da yayımlanacaq
BAKI-2015 13 May 2015 / 11:28 1561
-  A +

"Bakı-2015" I Avropa Oyunları Ukraynada da yayımlanacaq.

Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, Oyunlar "1-ci milli kanal" (НТКУ) vasitəsilə tamaşaçılara təqdim ediləcək.

Kanal Avropa Oyunlarının 100 saatının yayım hüququna malik olacaq. Artıq tərəflər arasında yayım müqaviləsi imzalanıb.

Qeyd edək ki, 12 - 28 iyunda keçiriləcək I Avropa Oyunları Avropa, ABŞ, Hindistan, Çin və bir çox ölkələrdə yayımlanacaq.

Daha çox


Son xəbərlər