Birinci Avropa Oyunlarının məşəli Tərtərə gətirilib.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Tərtər şəhərinin girişində sürəkli alqışlarla qarşılanıb. Kəngərli kənd tam orta məktəbinin idman müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürüb. 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başladı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəliblər. Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq meydana toplaşanların alqış sədaları altında məşəli alovlandırıb. Səmaya buraxılan göyərçinlər və rəngbərəng şarlar bayram tədbirinə əlavə rəng qatıb.
Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq ictimaiyyətə təqdim edilib. Çıraq yarışların sonuna qədər “Bakı-2015”in rəmzi kimi rayonda saxlanılacaq.
Mərasimdə birinci Avropa Oyunlarının məşəlinin aprelin 26-da Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.
Estafet iştirakçılarını qarşılayanlar arasında gənclər üstünlük təşkil edirdilər. Tərtər şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Səlim Zeynalov sevincini "Azərtac"ın müxbiri ilə bölüşərək deyib: “Birinci Avropa Oyunlarının məşəlinin rayonumuza gəlişi cəbhə bölgəsində yaşayan tərtərlilərdə böyük ruh yüksəkliyinə səbəb olub. Hamının qəlbində fərəh və qürur, çöhrəsində sevinc hissi var. İnanıram ki, Bakıda keçiriləcək yarışlarda Azərbaycanı təmsil edən idmançılar bu sevincimizi daha da artıracaq. İdmançılarımıza uğurlar, xalqımıza qələbə sevinci arzulayıram”.
Birinci Avropa Oyunlarının məşəlinin qarşılanmasında rayonun ümumtəhsil məktəblərinin kollektivləri də iştirak edirdi. Cəmilli kənd tam orta məktəbin müəllimi Rəşad Şahbazov idman bayramına müəllim yoldaşları və şagirdlərlə gəldiyini, sonsuz fərəh hissi keçirdiyini deyib. Bildirib ki, məşəl yürüşü, həmçinin ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları şagirdlərin yaddaşında uzun müddət qalacaq, onlarda idmana marağın və vətənpərvərlik hisslərinin artmasında mühüm rol oynayacaq.
Məşəl estafetini seyr edən rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev isə deyib: “Yaşımın çox olmasına baxmayaraq, bu gün buraya əsl gənclik həvəsi ilə gəlmişəm. Atəşkəsin düşmən tərəfindən tez-tez pozulduğu Tərtər rayonunda belə bir möhtəşəm tədbirin keçirilməsini tədqirəlayiq hesab edirəm. Biz tərtərlilər Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirir, Azərbaycanı dünyaya daha yaxından tanıdacaq bu mötəbər yarışın ilk dəfə ölkəmizdə keçirilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
Məşəlin qarşılanma mərasimi respublikamızın tanınmış incəsənət ustalarının və yerli musiqiçilərin konsert proqramı ilə davam edib.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?