"Bakı-2015" 12 iyun tarixində start götürəcək Birinci Avropa Oyunlarının rəsmi xəbər agentliyi olacaq AZƏRTAC-la bu gün tərəfdaşlıq əldə olunduğunu açıqlayıb.
Qol.Az-ın məlumatına görə, AZƏRTAC jurnalistlər, fotoqraflar və operatorlardan ibarət 50 nəfərlik işçi heyətilə, Oyunların geniş yayımını təmin edəcək yeganə, ən böyük yerli media qurumu olacaq. Yazılardan və fotoşəkillərdən ibarət hazırlayacaqları yazılar bir neçə dildə olacaq. AZƏRTAC, Azərbaycan dilində video xəbərlər silsiləsi də hazırlayacaq. Bütün məlumatları agentliyin internet səhifəsində yaradılmış “Bakı-2015” bölməsindən əldə etmək mümkündür.
Açılış mərasimindən öncə, AZƏRTAC öz resurslarından həm yerli, həm də beynəlxalq ictimaiyyətdə Birinci Avropa Oyunlarının təbliği üçün istifadə edəcək. Buraya Bakı 2015-də mübarizə aparan idmançılar haqqında həftəlik məqalələr, eləcə də Oyunlar çərçivəsində “uğur hekəyələri”ni təbliğ edən "Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq AZƏRTAC-la tərəfdaşlıq barədə bunları deyib: “AZƏRTAC-ın Bakı 2015-in rəsmi xəbər agentliyi olmasından məmnunluğumuzu bildiririk və onun ölkə boyunca təmin edəcəyi yayımın bizə Azərbaycanda daha çox insanı idmanla məşğul olmağa ruhlandırmaqda yardım edəcəyinə inanırıq.
Onlar, dünyanın müxtəlif ölkələrində bir milyarddan çox insanın televiziya vasitəsilə izləyəcəyi Avropa Oyunlarının brendini yaratmaqda bizə kömək edərək mühüm rol oynayacaqlar”.
Tərəfdaşlıq barədə danışan AZƏRTAC-ın baş direktoru cənab Aslan Aslanov dedi: “Dünya informasiya məkanında layiqli yer tutan, mötəbər beynəlxalq media qurumlarında fəal təmsil olunan agentliyimizin həyatında bu gün əlamətdar bir hadisə baş verir. Biz AZƏRTAC-ın Azərbaycanda keçiriləcək mötəbər idman yarışını – birinci Avropa Oyunlarını təbliğ etməsi üçün “Bakı-2015”in rəsmi tərəfdaşı olmasından böyük məmnunluq duyuruq.
AZƏRTAC təmsil olunduğu dünyanın ən böyük informasiya alyansları, eləcə də əməkdaşlıq etdiyi 130-dan artıq ölkənin xəbər agentlikləri vasitəsilə birinci Avropa Oyunlarının təbliğində fəal iştirak edir, hazırlıq prosesini geniş işıqlandırır. Birinci Avropa Oyunlarının informasiya təminatına 50-dən çox əməkdaşını cəlb edən, eləcə də bütün potensialını səfərbərliyə alan AZƏRTAC üzərinə düşən məsul missiyanın öhdəsindən layiqincə gəlməyə, bu möhtəşəm idman bayramının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğinə öz töhfəsini verməyə çalışacaq”.
Bu müqavilənin bir hissəsi olaraq, AZƏRTAC hazırladığı yazılarda və media kanallarında "Bakı-2015"in müəyyən olunmuş nişanından və “Bakı 2015 Avropa Oyunlarının rəsmi xəbər agentliyi” adından istifadə etmək və nəşr etmək hüququna sahibdir.
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu