Ölkəmizi bölgə-bölgə dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 10-da Ağcabədidən cəbhə bölgəsinə - Ağdam rayonuna gətirilib.
Qol.Az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, axşam saatlarında birinci Avropa Oyunlarının məşəlinin Quzanlı qəsəbəsində təntənəli qarşılanma mərasimi olub.
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşı Saleh Qurbanlı birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra rayon gəncləri məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti boyunca 3 kilometr məsafəni qət edib, Alov festivalının keçiriləcəyi məkana – Dövlət Bayrağı meydanının yerləşdiyi Soltanbud təpəsinin ətəyindəki Qala parkına çatıblar..
Məşəl estafetini izləyən rayonun fəal gənclərindən olan Ruslan Zeynalov “Azərtac”ın müxbiri ilə söhbətində deyib: “Nəhayət həyəcanla gözlədiyimiz gün gəlib çatdı. Ölkəmizi diyar-diyar dolaşan birinci Avropa Oyunlarının məşəli bu gün rayonumuzda da alovlandı. Biz ağdamlı gənclər böyük sevinc hissi keçiririk. Gördüyünüz kimi ağdamlılar, xüsusən də gənclər “Bakı-2015”in məşəl estafetinin və Alov festivalının şahidi olmaq üçün buraya axışıb. Bu tarixi günü bizlərə yaşadanlara təşəkkür edir, yarışlarda iştirak edən idmançılarımıza uğurlar arzulayıram”.
Məşəl yürüşü mərasiminin sevincini yaşayan Ağdam rayonunun Şıxbabalı kəndindən olan məcburi köçkün İsgəndər İsgəndərov isə bildirib: “Bu gün mən də ailəmlə birlikdə Alov festivalını izləmək üçün gəlmişəm. Ürəyimizdə elə bir hiss var ki, sanki doğma torpaqlarımıza qayıdışın başlanğıcıdır. Biz o günün gələcəyinə inanır və belə məşəllərin həsrətini çəkdiyimiz yurd yerlərimizdə alovlanacağı günü səbirsizliklə gözləyirik”.
Sonuncu yürüşçü – futbolçu Xəyyam Qurbanov səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Rayon məktəblisi Günay Kazımovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər “Bakı 2015”in rəmzi kimi rayonda saxlanılacaq.
Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi. Qala parkında keçirilən festival ağdamlılarda əsl bayram əhval-ruhiyyəsi yaratdı. Səhnədə nümayiş etdirilən alov şousu, incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı möhtəşəmliyi ilə yaddaşlarda qalıb.
Rayon gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı fikrini belə ifadə etdi: “İlk Avropa Oyunlarının məşəlinin doğma Qarabağda – Ağdam torpağında alovlanması bizi çox sevindirir. Buna görə ümummilli lider Heydər Əliyevin ruhu qarşısında baş əyirəm. Çünki onun müəyyən etdiyi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan belə bir tarixi hadisəyə imza atır. Ulu Öndər vaxtilə deyirdi ki, Azərbaycan dünyaya Günəş tək doğacaq. Bu gün doğrudan da Azərbaycan adlı bir Günəş yer üzünə doğub. Bunun üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
Minlərlə ağdamlının iştirak etdiyi Məşəl festivalı atəşfəşanlıqla başa çatıb.
Yuxarı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?