AzTV-nin və "İdman Azərbaycan"ın şərhçisi, tanınmış telejurnalist Elnur Məmmədli azxeber.com-a müsahibə verib. Qol.Az saytı həmin müsahibəni təqdim edir.
- Hər zaman hamını siz təqdim etmisiniz, indi isə özünüzü bizə təqdim edin...
- Sadəcə Elnur.
- Sadəcə Elnur demək kifayət edirmi sizi tanımağa?
- Xeyr, olimpiya çempionu Elnur Məmmədli ilə səhv salırlar. Ancaq bir cümlə ilə qeyd edirəm ki, mən olimpiya çempionu deyiləm.
- Sizi ifadə edən cümlə hansıdır?
- Baxır kim üçün.
- Məsələn bizim üçün.
- Sizin üçün həmkar.
- Olimpiya çempionu Elnur Məmmədli ilə jurnalist Elnur Məmmədlini ad oxşarlığından başqa nə birləşdirir?
- Elnurla o qədər də yaxından tanışlığımız yoxdur. Məncə, bizi yalnız ad oxşarlığı birləşdirir.
- Din, hüquq və ən sonda jurnalistika sahəsinə gəlmisiniz. Özünüzü jurnalistikada tapdığınız üçün ya başqa səbəb sizi bu sahəyə gətirdi?
- Universitetin 1-ci kursunda oxuyanda "Futbol+" qəzeti reportyor müsabiqəsi elan etmişdi. Qəzet idman qəzeti olduğu və mənim də marağımda olduğu üçün müraciət edib müsabiqədən keçdim. Mənimlə bərabər bir neçə nəfər bu müsabiqədən keçdi. Və onlar da hazırda idman sahəsində kifayət qədər tanınıblar. Tələbəlik illərindən işləmişəm. İlahiyyat fakultəsinə düşməyim isə sadəcə təsadüfdür.
- Qrup yoldaşlarınızdan ilahiyyat fakultəsini bitirib dini işlər sahəsində işləyən var?
- Bəli, qrup yoldaşlarımdan biri Naxçıvanda Dini işlər üzrə komitəsinin sədridi. Başqaları da var, ancaq indi yadıma sala bilmirəm.
- Niyə məhz idman jurnalistikası?
- Bu uşaqlıqdan gələn bir hiss, arzudur. Uşaq vaxtı məhəllədə hərənin öz komandası var idi, hamı komandasının oyuna baxırdı. Səhərisi gün həyətdə müzakirə edirdi. İndi təəssüf ki, yerli futbola maraq qalmayıb. Yalnız beynəlxalq oyunlarda "Qarabağ", "Neftçi" yada düşür.
- Əvvəl ANS, indi isə Az.TV-də işləyirsiniz. Ancaq nədənsə Elnur Məmmədli ANS-dən daha çox yadda qalıb. Sizcə niyə?
- "İdman Azərbaycan" kifayət qədər baxımlı TV-di, futbolla maraqlananlar baxıb tanıyırlar. Elə adamlar var ki, idmanla maraqlanmır və baxmırlar, bizi də ANS-də xəbərlərdən sonra yayımlanan idman proqramının aparıcısi kimi tanıyıb yadda saxlayıblar.
- Dövlət televiziyası ilə özəl televiziyada işləməyin özəlliyi, üstünlüyü və mənfi cəhəti nədi?
- Məncə, televiziyaya gəlmək üçün öncə yazılı mətbuatdan başlamaq daha yaxşı olardı. Mən də fəaliyyətə yazılı mətbuatdan başlamışam. Ancaq televiziya jurnalistikasına ANS-dən başlamışam və TV-ni ilk dəfə orada öyrənmişəm. Dövlət televiziyasına gəldikdə isə ilk şərhlərim burada olub. Mənim şərhçi kimi yetişməyimdə AzTV-nin çox böyük rolu var və mən bunu görə onlara borcluyam. ANS-də sadəcə idman xəbərlərində aparıcı olmuşam. Ancaq fərq etməz dövlət və ya özəl televiziya, hər birinin öz çətinliyi var.
- Sevdiyiniz klubun məğlubiyyətini şərh edərkən keçirdiyiniz hissləri necə biruzə verirsiniz?
- Mən bu fikirlə heç razı deyiləm ki, aparıcı öz məğlubiyyət hisslərini biruzə versin. Aparıcı hər şeydən öncə komandasının oyunu olsa belə, bunu tamaşaçıya bildirməməlidi. Aparıcı oyunu neytral aparmalı, funksiyası isə şərh etmək olmalıdır.
- İdman jurnalistləri gündəmdən kənarda olurlar. Bu sizi narahat etmir?
- Müğənni deyilik ki, fotosessiya edib gündəmdə qalaq (gülür). Mənim üçün gündəmdə olmaq o qədər də vacib deyil.
- İdman jurnalistikasının digər sahələrdən çətinliyi nədir?
- Bu sahədə işləmək üçün gərək idmanla maraqlanıb, idmanı biləsən. Siyasi jurnalistikaya nisbətən idman jurnalistikasında azda olsa saflıq qalıb.
- 90 dəqiqə danışandan sonra neçə dəqiqə lazımdır ki, balans yaransın?
- Bəzən 90 dəqiqədən sonra 30 dəqiqə də olur. Oyunlar çox vaxt gecə olduğu üçün yorğunluq yaranır. Bu baxımdan əlbəttə, bir qədər çətindi 90 dəqiqənin balansını yaratmaq.
- Sizə aparıcısı olmaq təklif olunan və sizin də imtina etdiyiniz oyun olub?
- Xeyir.
- Şərh etdiyiniz oyunlardan ən yadda qalanı hansı olub?
- Çox olub, “Qarabağ”ın avrokuboklardakı oyunları, dünya çempionatında Brazilya - Almaniya oyunu. Oyunun o hesabla bitməsi heç kimin ağlına belə gəlməzdi. Bu baxımdan bu oyunlar daha çox yadda qalıb.
- Səsi ilə tanınırmı Elnur Məmmədli?
- Bunu mən yox, kənardan baxanlar deyə bilər.
- Səsinizi və özünüzü formada saxlamaq üçün nəsə edirsinizmi?
- Heç bir sey etmirəm, səsimin batmasından da qorxmuram.
- Bəyəndiyiniz və bəyənmədiyiniz idman şəhçiləri var?
- Bəyəndiklərim olur - Siyavuş Əliyev, Tərlan Şahinoğlu, İsmayıl Abdullayev. Bəyənmədiklərimin adını çəkməyim. Sadəcə onu deyim ki, şərhçi ilk növbədə Azərbaycan dilini mükəmməl bilməlidi, ləhcə hiss olunmamalıdır onun şərhində. Qalanı yavaş-yavaş düzələr.
- Qadın idman aparıcılarına münasibətiniz...
- Gözüm üstə yeri var, əgər bu işi bacarırlarsa gəlsinlər. Ancaq iş orasındadır ki, onların əksəriyyəti yalnız suflyordan xəbəri oxumaqla kifayətlənirlər. Amma idmandan təəsüf ki, xəbərsiz olurlar. Azərbaycanda gözəl və bədən quruluşu olan qızlar gəlir olur teleaparıcı.
- İdmandan başqa hansı sahənin öhdəsindən gələ bilərdiniz?
- Xəbərlər sistemində işləmək olardı.
- İşdən sonra nə edirsiniz?
- Adətən həmkar dostlarımla görüşürəm.
- Xüsusi hobbiniz var?
- Piyada gəzməyi və dostlarla görüşüb fikir mübadiləsi aparırıq. Əgər buna hobbi demək olarsa hobbim budu.
- Sosial şəbəkədən gün ərzində neçə saat istifadə edirsiniz?
- Yatmağı çıxsaq, qalan bütün saatları. Çünki indi elə bir şərait yaranıb ki, artıq əksər işləri də sosial şəbəkədən həll edirik.
- Jurnalistikadan getdikdən sonra hansı işlə məşğul olacaqsınz?
- Jurnalistikadan getməyi düşünmək çətindir, ancaq müəyyən bir imkanlarım olsaydı, restoran açardım və bu işlə məşğul olardım.
"Napoli" müdafiəçi aldı
"Şamaxı" "Karvan"a qarşı
Azərbaycan güləşçilərindən 1 qızıl, 1 bürünc medal
Morata İtaliya klubuna keçəcək
"Portu"dan "Feyenoord"a - Rəsmi
"Atletiko"nun futbolçusu "Trabzonspor"a keçir
Millimizin sabiq üzvü bu kluba keçdi
"Çempionlar Liqasının finalını idarə etməyi arzulayıram" - Azərbaycanlı FİFA referisi
PSJ-nin qapıçısı "Milan"a keçə bilər
"Mançester Yunayted" bu hücumçunu transfer etdi
"Mançester Siti"nin yeni formaları - Şəkillər
Ozan Canlı "Volendam"dan heç-heçə
Azərbaycan millisindən 2 qızıl, 1 gümüş medal
Olimpiya çempionu 44 yaşında vəfat etdi
"Barselona" tarixinin yeni rekordu
"Real" onu göndərir
"Liverpul" Ekitike üçün nə qədər ödəyəcək?
"Atletiko" futbolçusunu icarəyə verdi
De Brüyne "Napoli"yə keçidi haqda
"Roma"dan yeni transfer
Reşford "Barselona" ilə nə vaxt müqavilə imzalayacaq?
“Şelbrun” - “Qarabağ” oyununa bilet qalmadı
"Real"ın yeni mövsüm üçün kapitanları məlum oldu
Messi dubl etdi, "İnter Mayami" qalib gəldi - Video
Krivotsyuk oynadı, komandası qələbəni əldən verdi
Azərbaycan güləşçilərindən daha iki medal
“Yuventus”la razılaşdı
PSJ futbolçusunu icarəyə verdi
Bernardeskinin yeni klubu məlum oldu