Nazarov 70 dəqiqə oynadı

Nazarov 70 dəqiqə oynadı
GÜNDƏM 11 Aprel 2015 / 01:14 5756
-  A +

Almaniya ikinci Bundesliqasında 28-ci turun oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" də növbəti matçına çıxıb.

Futbolçumuzun komandası doğma meydanda "Sankt Pauli" ilə üz-üzə gəlib. Görüş “Karlsrue”nin  3:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan və matçın 70-ci dəqiqəsində əvəzlən Nazarov  məhsuldar ötürmə  ilə yadda qalıb.

Qeyd edək ki, "Karlsrue" hazırda 48 xalla 4-cü pillədəyer alıb.

Daha çox


Son xəbərlər