"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 29-cu turunda "Simurq"a qalib gəldikləri matçdan (1:0) sonra fikirlərini bildirib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ukraynalı mütəxəssis qarşılaşma haqda bunları deyib:
"Bu gün əsas vəzifənin öhdəsindən gəldik. Vacib qələbə qazandıq. Əsas rəqiblərimizdən olan “Simurq”la görüşdə çox yaxşı oyun sərgiləməsək də, 3 xal əldə etdik”.
"Şəfa"dan qol yağışı