"Günah məndədir" – Tərlan Əhmədov

"Günah məndədir" – Tərlan Əhmədov
GÜNDƏM 1 Aprel 2015 / 17:55 3242
-  A +

"Hər iki komandanın ifasında mübarizəli oyun keçdi. Futbolçulara demişdim ki, bu tip oyunlarda görüşün taleyini bir səhv həll edir. Rəqib şanslarından daha yaxşı yararlandı".

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 27-ci turunda məğlub olduqları "Simurq"la oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

T.Əhmədov komandasının məğlubiyyətində özünü günahlandırıb: "Biz penaltini dəqiq yerinə yetirsəydik, hər şey fərqli ola bilərdi. Məğlubiyyətə görə günah məndədir. Yəqin ki, komandanı oyuna yaxşı kökləyə bilməmişəm.

Futbolçuların mübarizəsindən razıyam. Bizim hələ ki, şansımız var. Çətin oyunlardan qalib ayrılıb, məqsədə çata bilərik. Oyunda verilən penalti qərarlarına gəlincə, bu barədə geniş danışmaq istəmirəm. Epizoda daha yaxın olan şəxs hakimdir. Onun işinə isə müvafiq qurumlar qiymət verir”.

Daha çox


Son xəbərlər