Monteneqro - Rusiya matçı yarımçıq dayandırıldı

Monteneqro - Rusiya matçı yarımçıq dayandırıldı
GÜNDƏM 28 Mart 2015 / 02:28 8870
-  A +

“Avro-2016”nın seçmə mərhələsi çərçivəsində keçirilən Monteneqro – Rusiya  matçı yarımçıq dayandırılıb.

Qol.Az-ın məlumatına görə, buna meydan sahibi azarkeşlərin qonaq komandanın futbolçuları üzərinə yad əşyalar atması səbəb olub.

Matçın ilk dəqiqəsində fanatlar Rusiya millisinin qapıçısı İqor Akinfeyevə  fişəng atıb. Başından xəsərat alan qolkiper xəstəxanaya aparılıb. Bundan sonra matç dayandırılıb. Daha sonra oyun bərpa olunub. Lakin bu dəfə də yerli azarkeşlər dinc durmayıblar. 66-cı dəqiqəqə onlardan birini atdığı alışqan rus futbolçu Dmitri Kambarovun başına dəyib. Sonra futbolçular arasında insident yaranıb. Buna görə də Rusiya millisinin oyunçuları meydanı tərk ediblər. Beləliklə də, görüş yarımçıq dayandırılıb. 

Daha çox


Son xəbərlər