Qol.Az-ın suallarını ukraynalı fotoqraf Anastasiya Şexovtsova cavablandırır
Ukraynalı fotoqraf Anastasiya Şexovtsovanı müsahib seçməyimiz təsadüfi deyil. O, öz ölkəsində Azərbaycan futboluna və futbolçularına maraq göstərən azsaylı insanlardandır, gözəllərdəndir. Ötən il Anastasiya Bakının «İnter» klubunun qadın azarkeşləri arasında keçirilən virtual gözəllik yarışmasında da iştirak edib. Elə ona ünvanladığımız ilk sual da bu yarışmayla bağlı oldu.
- Siz bir dəfə “İnter” klubunun qadın azarkeşlər arasında keçirdiyi müsabiqədə iştirak etmişdiniz. Hər halda, ukraynalı xanımın “İnter”ə azarkeşlik etməsi maraqlı görünür.
- Bu, təsadüf nəticəsində baş vermişdi. Mənim xəbərim olmadan bacım şəkillərimi həmin müsabiqəyə göndərmişdi. Bu haqda yalnız yarımfinala çıxdıqdan sonra xəbər tutdum.
- Amma yekunda qalib ola bilmədiniz.
- Hə, yalnız ikinci yeri tutdum.
- Bunu necə qarşıladınız?
- Həmin vaxt mən təhsil aldığım universtetin tələbələri arasında keçirilən gözəllik müsabiqəsində qalib gəlmişdim. Buna görə də sizin dediyiniz müsabiqədə ikinci olmağım mənim üçün yaxşı mənada təəccüblü oldu. Axı mən azərbaycanlı deyiləm. Buna baxmayaraq, qəlbimdə sizinləyəm.
- Azərbaycanlı futbolçular arasında sizin pərəstişkarlarınız var?
- Bu, təxribatçı sualdır. Mən hazırda bir neçə futbolçuyla tez-tez əlaqə saxlayıram. Amma ad çəkmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, həmin oyunçular arasında bir futbolçu “Bakı”da çıxış edir. Digərləri isə əsasən çimərlik futbolu üzrə Azərbaycan milli komandasının üzvləridir. Bu günlərdə də onlardan bəzisi ilə görüşməyə hazırlaşıram.
- Harada görüşəcəksiniz?
- Kiyevdə.
- Bu, sizin ilk görüşünüz olacaq?
- Yox.
- Bu vaxta qədər çox görüşmüsünüz?
- Yox, elə də çox görüşməmişik. Amma biz bir-birimiz hər zaman axtarırıq. Telefon və ya internet vasitəsiylə tez-tez ünsiyyətdə oluruq.
- Həmin futbolçular sizə hədiyyə göndərirlər?
- Onlar mənə söz veriblər ki, sizin milli komandanın geyimini gətirəcəklər. Mən sizin milli komandanızın formasına və Azərbaycan çaxırına heyranam.
- Azərbaycan milli komandasının formasını harada görmüsünüz?
- Mən Azərbaycan milli komandasının oyunlarını izləyirəm. Sizin futbolunuzla yaxından maraqlanıram. Onu da deyim ki, Azərbaycan millisinin formasından biri artıq məndə var.
- Həmin formanı sizə kim verib?
- Onun adını çəkmək istəmirəm.
- Azərbaycanda futbolçulardan başqa kimlərlə tanışlığınız var?
- Jurnalist dostlarım da var. Ümumilikdə, Azərbaycandan əlliyə yaxın tanıdığım insan var. Daha bir azərbaycanlı tanışımla isə Kiyevdə beynəlxalq konfransda tanış olmuşam.
- Azərbaycan kişiləri nəyə görə sizi özünə bu qədər cəlb edir?
- Uzun əhvalatdı. Qisaca onu deyə bilərəm ki, bu, mənə irsən keçib.
- Bizim futbolçulardan sizə sevgi elan edən olub?
- Hə. Amma aramızda heç nə olmayıb. Biz yalnız dost olmuşuq.
- Sizin aranızda hansısa yaxın əlaqə olub?
- Dedim axı, biz ancaq dost olmuşuq.
- Azərbaycanda hansı komandaya azarkeşlik edirsız?
- “İnter”ə.
- Niyə?
- Doğru cavab istəyirsiniz?
- Əlbəttə.
- Onların forması mənim çox xoşuma gəlir.
- Elə bu?
- Bəli. “Bakı” çempionluğu qazananda mən çox məyus oldum. Ümumiyyətlə, “İnter”in oyunu mənim çox xoşuma gəlir.
- Azərbaycanlı futbolçu ilə ailə həyatı qurmaq istərdin?
- Yox. Düzdür, sevgi elə bir şeydir ki, onun vətəndaşlığı olmur. Amma müsəlman adət-ənənələriy yaşamaq mənlik deyil.
- Özün də dedin ki, futbolçular arasında dostların kifayət qədərdir və onların hamısı sizi bəyənir. Bəs sənin necə, bəyəndiyin kimsə var futbolçular arasında?
- Əlbəttə.
- Kimlərdi?
- Siz futbolçunun oyununu nəzərdə tutursunuz, yoxsa bir kişi kimi?
- Kişi kimi.
- Yaxşı, mən sizə həqiqəti deyəcəyəm. Məlikov, Doroş, Çertoqanov və Yunusoğlunu çox bəyənirəm.
- Onlarla şəxsi tanışlığınız var?
- Bu çox təxribatçı sualdır... Yəqin ki, hə.
- Onlarla əlaqən necə, mövcuddurmu?
- Mənə elə gəlir ki, bu futbolçularla bütün Azərbaycanın əlaqəsi var. Onların koordinatlarını tapmaq çətin deyil.
- Bəs futbolçu kimi bəyəndiyiniz kimdir?
- Bir nəfər var, adını unutmuşam, Milli komandada oynayır... Hə, yadıma düşdü, Fabio Luis Ramim. Onun texnikasını çox bəyənirəm.
- Ramimdən başqa bəyəndiyin oyunçu yoxdur?
- Məgər sizdə futbolçu var?
- Səncə, yoxdur?
- Siz FİFA-nın reytinqində neçənci yerdəsiniz?
- 140-cı.
- Amma Ukrayna 17-ci yerdədir. Bütün bunlardan sonra deyirsiz ki, Azərbaycanda futbolçu var?
- Əgər belədirsə, onda nə üçün bizim futbolu yaxından izləyiriz?
- Mən axı qadınam. Ona görə izləyirəm.
- Belə başa düşdüm ki, siz bizimkilərə futbolçu yox, ancaq kişi olduqlarına görə baxırsan.
- Yox. Hazırda mən kitab üzərində çalışıram. Öyrənmək istəyirəm ki, məsəlçün nəyə görə ingilislər futbolçular andorralılardan daha yaxşı oynayırlar? Buna görə də mən hamıyla maraqlanıram. Əlbəttə ki, mənim üçün seks həyatının futbolçuların karyerasına necə təsir etməsi də maraqlıdır.
"Braqa"nın yetirməsi "Əl-İttihad"da
“Real" yalnız bizə hörmət edirdi”
"Şamaxı"dan yeni transfer - Rəsmi
Millimiz İslandiyaya qalib gəldi
Portuqaliya prezidenti Jota və Koştanı ordenlə təltif etdi
"Neftçi"dən ayrılan müdafiəçi "Sumqayıt"da - Rəsmi
"Qvardiola dedi ki, heç kəs üçün asan olmayacaq"
Donnarumma “Mançester Siti”yə keçidindən danışdı
"Bayer" onu icarəyə verməyə razı oldu
"Barselona"da itki
"Atletiko"nun futbolçusu 4 həftə oynamayacaq
"Milan" onu satır
Qurban Qurbanov onun adını siyahıya niyə salmadı?
Tovuz şəhər stadionunun son durumu - Şəkillər
"Neftçi"nin futbolçusu cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Millimiz Reykyavikdə məşqə çıxdı - Şəkillər
İslandiya - Azərbaycan oyununun hakimləri açıqlandı
"İnter" rədd cavabı aldı
U-19 millimiz İslandiyaya qarşı
"Napoli" tarixində rekord xərc
Azərbaycan klubunun adı və loqosu dəyişdi
Raul "Bayer"in baş məşqçisi ola bilər
Lukakunun “Qarabağ”a qarşı oynamayacağı dəqiqləşdi
Xorxe Sampaoli sabiq klubuna qayıtdı
Portuqaliya - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
Gündoğan niyə "Qalatasaray"a keçib?
Aleksis Sançesin yeni klubu - Rəsmi
"Səbail" braziliyalı futbolçu aldı
"Qalatasaray" İlkay Gündoğanın transferini açıqladı
Millimiz İslandiyada - Şəkillər
"Beşiktaş"dan yeni transfer
“Fənərbaxça” Aktürkoğlunun transferini açıqladı
"Qarabağ"ın futbolçusu Çexiya və Xorvatiyaya qarşı oynayacaq
Gündoğan "Qalatasaray"a keçəcəyini təsdiqlədi
"Qızıl Top"u istəmədiklərini deyənlər yalan danışır"
"Real"ın sabiq oyunçusu İtaliya A Seriyasında
"Zirə" rəhbərliyi yüksək bal toplayan futbolçusu ilə görüşdü
"Xankəndi"dən İbrahim Uzunca ilə bağlı yeni qərar
"Yuventus"dan daha bir transfer
"Sabah" Avstriyada ikinci oldu
"Benfika"dan hücumçu transferi
"Liverpul" Elliotu "Aston Villa"ya göndərdi