İsrailin “Hapoel" (Beer-Şeva) klubunun sabiq futbolçusu Roi Kehat UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”la qarşılaşma öncəsi fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, hazırda “Sumqayıt”da çıxış edən israilli yarımmüdafiəçi ölkəsinin "Walla Sport" nəşrinə açıqlamasında deyib ki, “Hapoel"in şansı bir qədər "Sabah"dan çoxdur:
“Düşünürəm ki, “Hapoel"in “Sabah”ı keçmək şansı 60 faizdir. Komanda Azərbaycandakı rəqibindən daha təcrübəlidir və bu, vacib amildir”.
32 yaşlı futbolçu Azərbaycan futbolunun son illərdə sürətlə inkişaf etdiyini də vurğulayıb. Onun sözlərinə görə, ölkədə legioner limitinin ləğvi klubların daha keyfiyyətli futbolçular transfer etməsinə şərait yaradıb.
Kehat üç ildir Azərbaycanda çıxış etdiyini və burada yaşamaqdan məmnun olduğunu bildirib:
“İsrailli futbolçulara Azərbaycanda oynamağı tövsiyə edirəm. Burada futbol sürətlə inkişaf edir. Liqaya əvvəllər gəlməyən səviyyəli əcnəbi futbolçular indi Azərbaycana üstünlük verirlər. Bu da komandaların səviyyəsini artırır. Mən bura gələndə Azərbaycanda yeddi israilli futbolçu oynayırdı. Bu gün isə məndən başqa yalnız Devid Daqo ("Şamaxı"nın futbolçusu - QOL.az) var. Onunla bir dəfə görüşmüşəm".
Qeyd edək ki, "Sabah" - "Hapoel" (Beer-Şeva) matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq. İlk oyunda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video