“Tvente” UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək cavab görüşü ərəfəsində komandaların 17 il əvvəlki qarşılaşmasını xatırlayıb.
QOL.az xəbər verir ki, Niderland klubunun rəsmi saytı 27 avqust 2009-cu ildə Bakıda keçirilən “Qarabağ” – “Tvente” matçı (0:0, ilk matç 1:3) ilə bağlı yazı dərc edib. Həmin vaxt komandalar UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparırdılar.
“Tvente”nin o vaxtkı futbolçuları Peter Visgerhof və Duqlas həmin qarşılaşma ilə bağlı xatirələrini bölüşüblər.
Duqlas Bakıya səfəri belə xatırlayıb: “Uçuş kifayət qədər uzun idi, təxminən 5 saat. O vaxt belə səfərləri çox sevmirdim. Evdə 3:1 hesabı ilə qalib gəlmişdik, mən də qol vurmuşdum. Səfər oyununda isə çətinlik çəkdik. Matç 0:0 başa çatdı və növbəti mərhələyə yüksəldiki”.
Visgerhof isə həmin “Qarabağ”ın heyətində Vaqif Cavadovun oyununu xüsusi qeyd edib:
“Vaqif Cavadov “Qarabağ”da oynayırdı. O, fərdi keyfiyyətləri ilə diqqəti cəlb edən futbolçu idi. Yarım il sonra “Tvente”yə gəldi. Həmin vaxt Avropada tez-tez favorit olurduq. Demək olar ki, həmişə sabit 11-liklə oynayırdıq və itirəcək çox şeyi olmayan komandalarla qarşılaşırdıq. O vaxtkı “Qarabağ”ı indiki klubla müqayisə etmək mümkün deyil”.
O, “Qarabağ”la görüşün yaddaşında qaldığını da bildirib: "Biz “Tvente” ilə Avropada kifayət qədər böyük oyunlar keçirmişik və onları həmişə xatırlayacaqsan. Amma “Qarabağ”la bu cür matçlar da yadda qalır”.
Yuxarı
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video