Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O FİFA prezidenti Canni İnfantinonu dəstəkləyib.
QOL.az xəbər verir ki, bu barədə sabiq futbolçu CNN-ə açıqlamasında danışıb.
Eto'O İnfantinoya qarşı son dövrlərdə artan tənqidin əsas səbəbini 2027-ci ildə keçiriləcək FİFA prezident seçkiləri ilə əlaqələndirib:
“Düşünmürəm ki, Canni İnfantino hər hansı səhvə yol verib. Hesab edirəm ki, bütün bunlar qarşıdan gələn seçkilərlə bağlıdır. İnfantino yenidən namizədliyini irəli sürüb və baş verənlərin hamısının səbəbi budur”.
Kamerunlu funksioner İnfantinonun futbolun inkişafına böyük töhfələr verdiyini də deyib:
“İnfantino futbolu dəyişib. Əvvəllər belə imkanı olmayan ölkələrə dünya çempionatında iştirak etmək şansı verib. Kiçik ölkələr üçün bu turnirdə yerlər açıb. O, bizim qitəmiz Afrikaya kömək edib, federasiyalarımızın daha sürətlə inkişaf etməsinə şərait yaradıb. Biz bunu qəbul etməli və onun indiyə qədər etdiklərinə görə dəstək verməliyik”.
Eto'O həmçinin FİFA-nın mübahisələrə səbəb olan FIFA Forward Enterprise (FFE) layihəsinin yenidən müzakirəyə çıxarılmasını istədiyini bildirib. Onun sözlərinə görə, layihə xüsusilə Afrika ölkələrinin futbolunun inkişafına ciddi maliyyə dəstəyi verə bilər.
Qeyd edək ki, FFE çərçivəsində FİFA-nın kommersiya hüquqlarını idarə edəcək ayrıca şirkətin yaradılması və gələcəkdə onun təxminən 20 faiz payının özəl investorlara satılması nəzərdə tutulurdu. Layihə bir sıra konfederasiyaların ciddi etirazı ilə üzləşdikdən sonra geri çəkilib.
“Barselona” onun müqaviləsini yenilədi
Mareska maliyyə qalmaqalına münasibət bildirdi
PSJ-dən 2 futbolçusu ilə bağlı qərar
Bu oyun Zerbinin taleyini həll edə bilər
“Hansı kluba gedirəmsə, bəxtim gətirmir”
Premyer Liqa klubları onu hədəfə aldı
Millinin baş məşqçisi sabiq klubuna böyük jest etdi
"İmişli" məşqçisi ilə yollarını ayırdı
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Murad Fətiyev bürünc medal qazandı
Ronaldonun komandasında ciddi itki
İnfantinodan Afrika futboluna böyük vəd
Benin millisindən Argentinaya etiraz
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarıldı
Azərbaycan kuboku: Daha 3 komanda mərhələ adladı
Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması - Video
Misli Premyer Liqasında 7-ci turun hakimləri açıqlandı
"Arsenal"ın ən çox qazananı olacaq
40 yaşında futbola qayıdır
Qvardiola yenidən "Etihad"da
La Liqa klubunun kapitanı saxlanıldı
"Ronaldo Jesusun üzünə ‘Cəhənnəmə get’ deməli idi”
“Liverpul” "Real"a qarşı
Azərbaycanın iki boksçusu yarımfinalda - Avropa çempionatı
Suarezdən Messiyə vida sözləri
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
Ronaldo 6 aylıq cəza ilə üzləşə bilər
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər