“Rəvan” klubunun kapitanı Miloş Zeçeviçin Qol.Az saytına müsahibəsi
- Bu həftənin bazar günü Premyer Liqada turnir cədvəlinin liderlərindən olan “İnter”ə qarşı oynayacaqsınız. Rəqib komanda haqda nə düşünürsən?
- “İnter” çempionatın ən yaxşı komandalarındandır. Rəqib topla çox gözəl rəftar edir, yaxşı ötürmələrlə oynayır. Baş məşqçiləri də təcrübəlidir. Bizim üçün çox ağır oyun olacaq.
- Həm kubok, həm də ağır keçən çempionat oyunları sizi yormayıb ki?
- Futbolçularımızın fiziki durumu əladır. Məncə, “Rəvan” hər iki cəbhədə mübarizə aparmağa qadirdir. Sadəcə, bəzi oyunlarda hakimlərin yanlış qərarlarının qurbanı olduq. Gərək onlar belə etməyəydi. Bu isə uşaqlara çox pis təsir edir.
- “İnter” öz meydanında inamlı çıxış edir. Belə olan halda sizin səfərdən üç xal gətirmək şanslarınızı necə dəyərləndirirsən?
- Bunu yaxşı anlayırıq. Lakin biz səfərdə “Qəbələ” kimi güclü komandadan üç xal almağı bacarmışdıq. Niyə də bunu “İnter”lə oyunda edə bilməyək? “Rəvan” həm evdə, həm də səfərdə yaxşı nəticələr qazanmağı bacarır. Sona qədər mübarizə aparacağıq. Fikrimcə, “İnter”in meydanından üç xal gətirə bilərik.
- Bir müdafiəçi kimi “İnter”in hansı futbolçundan ehtiyat edirsən?
- Mənim üçün rəqibin ən təhlükəli futbolçusu Makedoniyalı Slafço Georgiyevskidir. Onun hücumçulara çox hiyləgər ötürmələri olur. Özü də yüksək texnikaya malikdir. Demək olar “İnter”in bütün hücumları bu futbolçudan qurulur.
- Hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşmısınız. Səncə, qış fasiləsinə qədər ilk “altılıq”da yer ala biləcəksiniz?
- Turnir cədvəlinə fikir versəniz görəcəksiniz ki, bizdən irəlidəki rəqiblərimizlə xal fərqimiz çox azdır. Buna görə də, 1-2 qələbə qazanmaqla digər komandaları arxada qoya bilərik. Hər şey qarşıda keçirdiyimiz oyunların nəticəsindən asılı olacaq. Məncə, bunu bacara bilərik.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı