“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 15-ci turunda “Neftçi”yə qarşı keçiriləcək oyunöncəsi Qol.Az saytının suallarını cavablandırıb
- “Neftçi” ilə oyuna hazırlıq necə gedir?
- Normal qaydada. Belə oyunlar nə qədər çox olsa, bir o qədər yaxşıdır. Maraqlı və yaxşı bir qarşılaşma olacaq. Hər iki komandanın öz oyun üslubu var. Biz bazar günü çempionatda və Avroliqada çox böyük təcrübəsi olan “Neftçi”yə qarşı oynayacağıq. Rəqibimizin hər bir futbolçusu yüksək potensiala malikdir. Yerli futbolçuları isə gənc olmasına baxmayaraq, kifayət qədər Avropa təcrübəsi qazanıblar. İstənilən halda bu oyun bizim üçün çox vacibdir.
- “Neftçi”də Nikolas Kanales və Vobay bu mövsüm xeyli qol vurub. Onların hazırda yüksək formada olması sizin üçün nə dərəcədə çətinlik yarada bilər?
- Biz “Neftçi”nin gücünə yaxşı bələdik. Futbolçularının nəyə qadir olduqlarından da xəbərimiz var. Onların bu çempionatda heç-heçəsi yoxdur. Keçirdikləri görüşlərdə ya qalib gəliblər, ya da məğlub olublar. Biz bilirik ki, Vobay və Flavinyo daim öz oyun üslublarını dəyişməyi bacaran futbolçulardır. Ona görə də “Qarabağ” həddindən artıq diqqətli olmalıdır. Bundan əlavə Rəşad Sadiqov kimi təcrübəli futbolçunun olduğunu da unutmaq lazım deyil. Mən xüsusilə çempionatın bombardiri Kanalesi də vurğulamaq istərdim.
- Komandanızın belə bir vacib qarşılaşma öncəsi nə kimi problemləri var?
- Problem yoxdur. Sadəcə, bu gün Rəşad Sadıqov və Əfran İsmayılov tam olaraq formalarını bərpa edə bilməyiblər. Lakin onlar öz üzərlərində işləyirlər. Qalan futbolçularla hər şey öz qaydasındadır.
- Komandanızın bu oyunda məqsədi nədir?
- Bu oyuna biz qələbə qazanmaq üçün çıxacağıq. Lakin mən hər iki komandanın şanslarını bərabər hesab edirəm. Çünki rəqibimiz də meydana üç xal üçün çıxacaq.
- Hazırda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşmısınız. Liderdən yalnız iki xal geri qalırsınız. Necə düşünürsünüz, qış fasiləsinə qədər ən azı öz mövqeyinizi qoruya biləcəksiniz?
- İndi bunu dəqiq demək çox çətindir. Çünki rəqiblərimizdən biri “Neftçi”nin ehtiyatda hələ üç oyunu var. Bundan əlavə AZAL və “Xəzər Lənkəran” da hərəyə bir oyun az keçiriblər. Ümumi götürsək, bəlkə də biz indi heç dördüncü pillədə də olmalı deyildik. Hazırda çempionatın oyunlarına proqnoz vermək çətindir. Bilinmir ki, hansı klubların oyununda hansı nəticə qeydə alınacaq. Proqnozlaşdırılmayan xal itkisi çox olur. Məhz bu amili nəzərə alaraq biz bütün oyunlarda maksimum güc sərf etməliyik ki, yaxşı nəticələr əldə edə bilək.
- Son günlər Türkiyə birinci liqasında yarışan “Dənizlispor”un komandanızın kapitanı Rəşad Sadıqovla maraqlanması haqda xəbərlərə yayılıb.
- Düzü, buna o qədər önəm vermədim. Birincisi, Rəşada bu klub tərəfindən heç bir təklif gəlməyib. Digər tərəfdən, səhv etmirəmsə, onları bizim Rəşadı yox, “Neftçi”dəki Rəşad Sadiqovu heyətlərinə qatmaq istəyirlər. Amma əgər futbolçuya təklif gəlirsə, bunu normal qarşılamaq lazımdır.
- Rəşad Sadıqov özü qeyd edib ki, Türkiyədə oynamaq istəyir. Onun bu fikrinə necə yanaşırsınız?
- Əgər futbolçu üçün sərfəli təklif gəlirsə, normal çempionat varsa, biz heç bir oyunçunun gedişinə mane olmarıq. Çünki başqa ölkədə çıxış edən yerli futbolçularımızın sayı həddindən artıq azdır.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı